Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4301/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 05.0*.*965-ci il tarixdə anadan olmuş həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 05.0*.*965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həyat yoldaşı orta təhsilli və İİ qrup əlil olmuşdur. Klinik diaqnozu – “Sol ayağın İİ barmağının yaş qanqrenası (E **.5), sol ayağın İ barmağının qazanılma olmaması (Z 89.0)”. *6.08.2022-ci ildə anasteziya altında “Sol pəncənin İİ barmağının amputasiyası (84.**) (2.6.896)”. Həyat yoldaşı şəkər, təzyiq xəstəliyindən də əziyyət çəkmişdir. Son zamanlar əri özünü pis hiss etmiş və xx.xx.2022-ci il, saat *9:08 tarixində vəziyyəti pisləşmişdir. Təcili və X6 stansiyasından təcili yardım gəlsə də, əri artıq rəhmətə getmişdi. Ərinin ölümünün ilkin səbəbi kimi həkimə qədər ölüm faktı qeyd olunmuşdur. Əri rəhmətə gedən zaman onun üzərində gözlə görünən sahələrdə zorakılıq əlamətlərinin olmadığı bildirilmişdir. 04.**.2022-ci il tarixində həyat yoldaşı X4 adına “ölüm haqqında şəhadətnamə” verilməsi ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə müraciət etmiş, lakin ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3*.08.20*8-ci il tarixli “insanın ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları Qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarın 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamənin ölüm səbəbi bəlli olduğu zaman xəbərdarlıq vərəqəsi” olan tibbi sənədlər əsasında verildiyi bildirilmişdir. 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu, yaşadığı ərazi üzrə ambulator müəssisəsi tərəfindən verilir. X2 ölüm səbəbi bəlli olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. 23.**.2022-ci ildə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş və əri X7 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
5. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ərizəçinin onun qaynanası, mərhumun isə onun qaynatası olduğunu bildridi. Əlavə olaraq qeyd etdi, qaynatası X7 həqiqətən də xx.xx.2022-ci il tarixdə yaşadığı evdə rəhmətə getmiş və Bülbülə qəbirstanlığında dəfn eduilmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 62 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi mərhum həyat yoldaşı X* qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.
7. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X*4 Təcili və X6 Stansiyası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2022-ci il, saat *9:08 tarixdə çağırış üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev 3* ünvanına çağırış üzrə gəlmiş və 05.0*.*965-ci il təvəllüdlü X4 həkimə qədər ölüm faktı aşkar edilmişdir.
8. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X*3 Şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X*4 tərəfindən Ərizəçi ünvanlanmış *0.**.2022-ci il tarixli, PHŞ/6.20-2-2022-889 nömrəli cavab məktubundan görünür ki, R.Fərzullayevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsinin mümkün olmadığı bildirilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 23.**.2022-ci il tarixli, **74-05/70 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin əri X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23.**.2022-ci il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydinin aşkar olunmadığı, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi bildirilmiş və ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydinin tərtibindən imtina edilmişdir.
İşin faktiki halları.
*0. 05 yanvar *965-ci il təvəllüdlü X7 Ərizəçi doğma həyat yoldaşı olmuşdur. X7 xx.xx.2022-ci il tarixdə xəstəlikdən vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.
Tətbiq edilən hüquq. **. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*4. Ərizəçinin xahişindən görünür ki, məhkəmədən ailə üzvü olmuş X4 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə xəstəlikdən vəfat etmiş, lakin onun ölümü barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi ailə üzvü olmuş X4 ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *6. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs ərizədə qeyd edilənləri təsdiq etmişdir. *7. Göründüyü kimi, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
*8. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. *9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 05.0*.*965-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva