Məhkəmə qərarları › İş №2(010)-4303/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4303/2022

17.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4303/2022 17.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək atası *0.*2.*958-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş X5 *7.07.2022-ci il tarixində Bakı şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizəsinə əlavə verərək *0.*2.*958-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş X5 *7.07.2022-ci il tarixində Bakı şəhərində ölümməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun atası X** *0.*2.*958-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. Atası onunla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, ev *6 ünvanında yaşamışdır. X*2 *7.07.2022-ci il tarixdə vəziyyəti ağırlaşmaqla həmin gün evdə vəfat etmişdir. Onu el adəti ilə *7.07.2022-ci ildə Qobustan şəhər qəbrstanlığında dəfn edilmişlər və yas mərasimi keçirmişlər. Onun başı atasının dəfninə və dəfnlə əlaqəli işlərə qarışdığı üçün atası X5 adına ölüm haqqında şəhadətnaməni almamışdır. O *5 nömrəli Birləşmiş şəhər xəstəxanasına müraciət etsə də, X5 ambulator kartası olmadığından ona ölüm haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Bununla bağlı ölüm şəhadətnaməsini almaq üçün Bakı şəhəri, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Suraxanı rayon Qeydiyyat şöbəsinin *9.07.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, X8 aid ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsini tövsiyyə etmişlər. Hal-hazırda atasının ölüm haqqında şəhadətnamənin alınması onun mənzildən qeydiyyatdan çıxarılması üçün vacibdir. O, atası X5 ölümü barədə şəhadətnaməni başqa yolla əldə edə bilmədiyindən ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır, vəfat etmiş X** isə onun atasıdır. Atası mərhum X* problem olmayıb. *7.07.2022-ci il tarixdə ona zəng vuraraq bildirmişlər ki, atasının vəziyyəti ağırdır. O, gələndə artıq atası vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, onun qanında laxtalanma olmuş və o, qan damarlarında tromplaşmadan dünyasını dəyişmişdir. X2 yas mərasimində iştirak etmiş və onu Qobustan rayon qəbrstanlığında dəfn etmişlər. Digər şahid X*0 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun dostunun oğludur, mərhum X** isə onunla uzun müddət dost olub. Ərizəçi atası mərhum X** *7.07.2022-ci il tarixdə qəflətən səhhəti pisləşmiş və vəfat etmişdir. Həmin vaxt onların evlərində dəfn mərasimində iştirak etmiş etmişdir. X3 Qobustan şəhər qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı *9.07.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi“ X*6 “Bakı Baş Səhiyyə Mərkəzi” X*6 *5 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, *0.*2.*958-ci il təvəllüdlü Rəsulov mahmud Bulut oğlu tibbi xidmət göstərilən ərazinin sahə həkiminə mürcaiət etmədiyində görə mərhumun ambulator kartası olmadığına görə ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X7 Stansiyası tərəfindən verilmiş *7.07.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına *7.07.2022-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 03.02.*982-ci il il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*982-ci ildə anadan olmuşdur. X*5, anası X4. İş materiallarına əlavə edilmiş Qobustan RİH Başçısının Qobustan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm aktından müəyyən olunur ki, mərhum X** həqiqətən *7.07.2022-ci il tarixdə Qobustan şəhərinə gətirilmiş və qohumlarının iştirakı ilə Qobustan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 *7.07.2022-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. X5 *7.07.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar