Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4323/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 02.12.1959-cu il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş X2 27 dekabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X9 tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 02.12.1959-cu il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş X7 Ərizəçi atasıdır. 27 dekabr 2020-ci il tarixdə X1 qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq X2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 3-cü Köndələn ünvana həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnədək X7 evdə ölmüşdür. Ərizəçi qohumları ilə X4 27 dekabr 2020-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. 27 dekabr 2020-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri X2 öldüyünü görüb sahə həkimi üçün xəbərdalıq vərəqəsi vermişdir. Odur ki, o, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirdi ki, X7 27 dekabr 2020-cı ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onlar mərhum X5 Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, X7 27 dekabr 2020-cı ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onlar mərhum X4 Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının Arayışından görünür ki, 27 dekabr 2020-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı 3 Köndələn ünvanına çağırış olmuş və həkimlər saat 16:10-da çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan müəyyən olunur ki, X7 ərazi piliklinikada qeydiyyatda olmadığına və həmin təşkilata müraciət etmədiyinə görə 27 dekabr 2020-ci il tarixdə ölməsi ilə bağlı arayış verilməsi mümkün olmamışdır. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə ölüm haqqında həkim şəhadətnaməsi olmadılqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilərək imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlarıqiymətləndirərək hesab edir ki, 02.12.1959-cü il təvəllüdlü X2 27 dekabr 2020-cı ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02.12.1959-cu ildə Ermənistan Masis rayonunda anadan olmuş X2 27 dekabr 2020cı ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X2 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-4323/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4323/2021
23.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver