Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4344/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl əşyalarının və ya 4200 manat məbləğində pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “qızıl əşyaları və ya 4200 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona (iddiaçıya) aid olan qızıl əşyalarının – 1800 manat məbləğində briliant nişan üzüyünün, 2400 manat məbləğində komplektin – qızıl üzük, bilərzik, boyunbağı və sırğanın və ya 4200 manat məbləğində pulun və 30 manat dövlət rüsumu kimi ödənilmiş pulun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan rəsmi nikah qeydiyyatı pozulmuşdur. Aralarında olan nikah pozulduqdan sonra iddiaçıya aid qızıl əşyaları cavabdehə məxsus mənzildə qalmışdır. İddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclasında iddiaçıya məxsus qızıl-zinət əşyalarını ( 1 dəst komplekt – 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı kolyesi ilə birlikdə, 1 ədəd iddiaçıya məxsus nişan üzüyü və 1 ədəd Cavabdeh alınmış nişan üzüyünü) ona təhvil vermişdir. Buna görə də iddiaçının nümayəndəsi iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirirək iddiaçıya məxsus qızıl əşyalarını ( 1 dəst komplekt – 1 ədəd üzük, 1 ədəd bilərzik, 1 cüt sırğa, 1 ədəd boyunbağı kolyesi ilə birlikdə, 1 ədəd iddiaçıya məxsus nişan üzüyü və cavabdeh üçün alınmış nişan üzüyü) iddiaçının nümayəndəsinə təhvil verdiyini əsas gətirərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı işə məhkəmədə baxıla bilməz və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, Cavabdeh iddiaçıya aid qızıl-zinət əşyalarını iddiaçının nümayəndəsinə təhvil vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “qızıl əşyalarının və ya 4200 manat məbləğində pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən, 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4344/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4344/2020
09.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver