Məhkəmə qərarları › İş №2(010)-4350/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4350/2021

27.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4350/2021 27.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 19.03.1954-cü il təvəllüdlü bacısı X3 03.06.2021-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X5 19.03.1954-cü ildə anadan olmuş, bacıs X5 03.06.2021-ci ildə vəfat etmişdir. O, yaxın qohumları ilə birlikdə mərhum bacısını Bülbülə qəsəbə qəbiristanlığında dəfn etmişdir. Bu barədə Suraxanı rayon Bülbülə bələdiyyəsi tərəfindən arayış da təqdim edilmişdir. Onun dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün aidiyyəti üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Belə ki, ilk öncə, ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədlərin 26 saylı Poliklinikadan verilməsini xahiş etsə də həmin sənədlər ona təqdim olunmamışdır. Bundan sonra, 19.03.1954-cü il təvəllüdlü bacısı X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Lakin Maraqlı şəxs bacısının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İmtina məktubunda sözügedən ölüm haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Mərhum bacısı X3 ölüm haqqında şəhadətnaməsi olmadan qanunverciliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər, o cümlədən vərəsəlik işinin açılması mümkün deyil. Belə olduğu təqsirdə vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edilməsi ilə əlaqədar X3 ölüm haqqında şəhadətnaməsinə zərurət var. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək əlavə etdi ki, mərhum X5 ərizəçinin bacısı olmuş, övladı olmamış, tək yaşamış, ərizəçi ona baxmışdır. O, uzun müddət xəstə olmuş, iyun ayının əvvəlində vəziyyəti daha da ağırlaşmışdır. İyun 3-də təcili tibbi yardım çağırsalar da təcili yardım gələnə qədər xəstə keçinmişdir. Təcili tibbi yardımın çağırış vərəqəsinə də “həkimə qədər ölüm” yazılmışdır. Elə bu səbəbdən də, yəni “həkimə qədər ölüm” yazıldığına görə xəstəxana ölüm haqqında tibbi şəhadətnamə verməmiş, ərizəçi də ölüm haqqında şəhadətnaməni əldə etmək üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 02.07.2021-ci il tarixli, 05Q-1818/15 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. BŞT və TTYS 6 saylı Bölməsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 03.06.2021-ci il tarixli çağırış əsasında saat 23:55-də ünvana çatmışlar və xəstə X3 həkimə qədər öldüyünü müəyyən etmişlər. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli, 159 nömrəli arayışdan görünür ki, X1 qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X7 qeyd etmişdir ki, Ərizəçi onun qayınatası, mərhum X5 isə qayınatasının bacısıdır. Qayınatası hazırda koronavirusa yoluxduğundan məhkəmə iclasında iştirak edə bilmir. X8yınatasının kiçik bacısı olmuş, onlardan ayrı yaşamış, lakin tez-tez qardaşının evinə gedib-gəlmişdir. Mərhumun övladı olmamış, yoldaşı isə 8-9 il əvvəl vəfat etmişdir. O, uzun müddətdir xəstə olduğundan mütəmadi müalicə almış, iyunun əvvəllərində xəstəliyi ağırlaşmış, 2021-ci ilin iyunun 3-də vəziyyəti daha da pisləşmiş, dərhal təcili yardım çağırmışlar. Təcili yardım işçiləri xəstəyə iynə vurmuş, komada olduğunu deyib getmişlər. Onlar gedəndən on dəqiqə sonra vəziyyəti daha da ağırlaşmış, onlar da təkrar təcili yardım çağırmışlar. Birinci çağırış üzrə gələn təcili yardım işçiləri növbəti çağırış üzrə yenə gəlmiş, xəstənin keçindiyini bildirmişlər. Həmin vaxt yoldaşı, qayınatası, qonşu Ədilə xanım, qaynının arvadı Səbinə orada olmuşdur. İyunun 4-ü günorta Bülbülə qəsəbəsində mərhumu dəfn etmişlər və ailənin əksər üzvləri dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 qeyd etmişdir ki, mərhum X5 ilə ölənə qədər beş il qonşu olmuş, bir-birlərinin evinə gedib-gəlmişlər. Südabənin övladı olmamış, onu tanıdığı vaxtdan tək yaşadığını görmüşdür. Ərizəçi isə Südabənin qardaşı kimi tanımışdır. Sonradan Südabənin soyuqlamadan xəstələndiyini öyrənmişdir. Təxminən iyunun əvvəllərində vəziyyəti pisləşmiş, iyunun 3-də vəziyyəti daha da ağırlaşdığından təcili yardım çağırmışlar. Həmin vaxt o da evdə olmuş, Südabənin ölümünə şahid olmuşdur. Çağırış üzrə birinci dəfə gələn təcili tibbi yardım işçiləri ona iynə vurmuş, koma vəziyyətində olduğunu deyib getmişlər. Qısa müddət sonra vəziyyəti daha da pisləşdiyindən yenidən təcili yardım çağırsalar da təcili yardım gələnə qədər o keçinmiş, təcili yardım işçiləri də bununla bağlı xəbərdarlıq vərəqəsi vermişlər. Növbəti gün, iyun ayının 4-də Bülbülə qəbiristanlığında dən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi bacısı X5 03.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüş, Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, qəbiristanlığın yerləşdiyi qəsəbənin bələdiyyəsi tərəfindən verilmiş arayış, təcili tibbi yardım stansiyası həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən bacısı X3 03.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X3 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından ərizəçi bacısının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi bacısının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, 03.06.2021-ci il tarixdə ərizəçinin bacısının ölümü ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq verilmişdir. Onun dəfni müvafiq qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 03.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut edildiyindən ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.03.1954-cü il təvəllüdlü X3 03.06.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar