Məhkəmə qərarları › İş №2(010)-4356/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4356/2023

04.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4356/2023 04.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 08.03.*943-cü il tarixdə doğulmuş atası X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “08 mart *943-cü il tarixdə Yardımlı şəhərində anadan olmuş X** mənim atamdır. Atam ölən günə qədər ünvan 1 ünvanda yaşamışdır. Atam Kazı 29 iyul 2023-cü il tarixdə Bakı şəhərində 8* yaşında evdə ölmüşdür. Biz atamı 29 iyul 2023-cü il tarixdə Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn etmişik. Mənim bütün qohumlarım atamın yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də atamın ölməsi faktını təsdiq edə bilərlər. 29 iyul 2023-cü il tarixdə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri atamın öldüyünü görüb, sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişdir. Mən həmin xəbərdarlıq vərəqəsi ilə Suraxanı rayon Qeydiyyat Şöbəsinə gedərək atamın ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Suraxanı rayon Qeydiyyat Şöbəsindən atam X6 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyim üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyim tövsiyə edilmişdir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, atası X6 ölümü barədə ölüm haqqında şəhadətnaməni Suraxanı rayon Qeydiyyat şöbəsindən ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ tərəfindən *8.09.*978-ci il tarixdə verilmiş V-JQ 455347 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X**, anası X2) xx.xx.*975-ci il tarixində Bakı şəhəri Orconikidze (Suraxanı) rayonunda doğulmuş, bu barədə *8.09.*978-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 342 nömrə ilə qeydiyyat aparılmışdır.

6. Bakı şəhəri Suraxanı rayonu X*0 tərəfindən verilmiş 02.**.2023-ci il tarixli, 805 saylı arayışdan görünür ki, X** xx.xx.2023-ci il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn olunmuşdur.

7. Təcili və X5 Stansiyasının *2 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, */683 nömrəli xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2023-cü il tarixdə, saat 02:30-da çağırış üzrə ünvana çatmış, xəstə X6 həkimə qədər öldüyü müəyyən edilmişdir.

8. “Bakı Baş Səhiyyə Mərkəzi” X*7 *2 nömrəli şəhər poliknikası tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış *5.08.2023-cü il tarixli, 262 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşayan 08.03.*943-cü il təvəlllüdlü X3na Təcili və X5 Stansiyasının *2 saylı bölməsinin xx.xx.2023-cü il tarixli */683 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *5.08.2023-cü il tarixli, 3-*6-5/7-782/2023-75 nömrəli məktubdan görünür ki, X6 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyrimümkün olduğu qeyd edilmişdir. *0. 2 ədəd fotoşəkildən üzərində “X*2. 08.03.*943-xx.xx.2023” yazılan qəbir daşı (baş daşı) görünür.

Şahid ifadəsi.

**. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*3 bildirdi ki, Ərizəçi onun xalası oğlu, X3 isə xalasının əridir. Mərhum neçə ildir ki, şəkər xəstəliyindən əziyyət çəkmiş və 8* yaşında rəhmətə getmişdir. Ərizəçi iyun ayının sonlarında gecə saat 2-3 radələrində ona zəng etmiş və atasının vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, ərizəçinin ünvanına çatdıqda artıq mərhumun keçindiyini görmüşdür. X3 ölümündən sonra Yeni Suraxanı qəbiristanlığında dəfn olunmuşdur.

İşin faktiki halları.

*2. Ərizəçi X4 oğludur. Ərizəçi 08.03.*943-cı il təvəllüdlü Kazı Mənsimovun xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahid isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir. Tətbiq edilən hüquq.

*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən atası X6 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxs ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X5 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun həmin tarixdə qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq arayış və mərhumun qəbir daşının fotoşəkli kimi sübutlarla da təsdiq edilmişdir. *9. Göründüyü kimi, ərizəçinin atası X6 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08.03.*943-cü il təvəllüdlü X6 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. 08.03.*943-cü il təvəllüdlü X6 xx.xx.2023-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar