Məhkəmə qərarları › İş №2(010)-4358/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4358/2024

22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4358/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X*nun *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka (Kalinin) rayonu, Qızılşəfəq kəndində vəfat etməsinə dair ölüm haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, *2.05.*960-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olmuşdur. Pasport qeydiyyat ünvanı ünvan 1assivi, ev *5, mənzil 86-dır. X* Ermənistan Respublikasında vəfat etmişdir. X2 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bacısından qalan əmlakın birinci dərəcəli vərəsələri tərəfindən qəbul edilməsi zərurəti yaranmışdır. Notariat ofisində mirasın qəbulu ilə bağlı müəyyən sənədlər tələb olunur ki, onlardan biri də valideynlərin ölüm haqqında şəhadətnaməsidir. Atası *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində vəfat etmiş və Qızılşəfəq qəbiristanlığında dəfn edilmişdir. Bununla bağlı ölüm haqqında şəhadətnamə belə verilmişdir. Lakin, atasının ölüm haqqında şəhadətnaməsini itirmişdir. Ölüm haqqında şəhadətnamənin təkrarının bərpası isə mümkün belə deyil. Bacısından qalan əmlakın qəbulu ilə bağlı atasının ölüm haqqında şəhadətnaməsinin olması vacibdir və yenidən ölüm haqqında şəhadətnamənin təkrarının alınmasının qeyri-mümkünlüyü nəzərə alınaraq, yeganə hüquqi yol məhkəmə qaydasında ölüm haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət edilməsidir. Qanunvericiliyin tələbinə görə, ilk öncə AR Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə ölüm haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmiş və nəticədə xx.xx.2024-cü il tarixində müraciəti AR Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından ölüm akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmaması barədə rəsmi cavab verilmişdir. Nəticədə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin “xahiş edirəm” hissəsinin dəqiqləşdirilərək “atası X3 *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka (Kalinin) rayonu, Qızılşəfəq kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, atası Ermənistan Respublikası, Qızılşəfəq kəndində vəfat etmişdir. Atasının vəfatı zamanı o, uşaq yaşlarında olmuş və atasının ölüm haqqında şəhadətnaməsinin alınıb-alınmaması ilə bağlı məlumatsız olmuşdur. Bəlkə də, həmin vaxt şəhadətnamə alınmışdır, lakin sonradan köç zamanı itmişdir. Bacısı xərçəng xəstəliyindən vəfat etmişdir. Bacısının adına olan evi onun uşağının adına rəsmiləşdirmək istəyir və ona görə də atasının ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun həm qonşusu, həm də yerlisidir. Ərizəçinin atası onun atasının əmisi oğludur. Ərizəçinin atası Ermənistan Respublikasının Qızılşəfəq kəndində vəfat etmiş və elə həmin kənd qəbiristanlığında da dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*6 ifadəsində bildirdi ki, Ərizəçi onun həm xalasıoğlu, həm də qaynıdır. Belə ki, o, *979-cu ildə evlənmiş və *983-cü ildə isə qayınatası, yəni ərizəçinin atası olan Balakişiyev İsmayıl vəfat etmişdir. Vəfat etdikdən sonra elə öz kəndində, yəni Ermənistan Respublikasının Qızılşəfəq kəndində də dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Ermənistan SSR Kalinin rayonu Qızılşəfəq kənd soveti tərəfindən 05.07.*966-cı il tarixdə verilmiş İ-ZJ seriyalı, 94*045 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (atası X7, anası X9) xx.xx.*966-cı il tarixdə Ermənistan SSR, Kalinin rayonu, Qızışəfəq kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05.07.*966-cı il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. Vİİİ-SL seriyalı, 6*8384 nömrəli SSSR vətəndaş pasportununun surətindən müəyyən olunur ki, X7 (milliyyəti – azərbaycanlı) 05.05.*9*6-cı il tarixdə Ermənistan SSR-nin Kalinin rayonunda anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubundan müəyyən olunur ki, Balakişiyev İsmayıl *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində vəfat etmiş, ölümü orada qeydə alınmış və ölüm haqqında şəhadətnamə itirilmişdir. Ərizəçiyə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi məqsədilə aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixli, *546468*57 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. *6-*. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini atasının ölüm haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin atası X7 *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində vəfat etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin atasının həqiqətən göstərilən tarixdə və göstərilən yerdə ölməsi barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçinin atası doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin sonralar ərizəçi və onun ailə üzvləri həmin şəhadətnaməni itirmiş, hazırda isə həmin sənədi başqa qaydada əldə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin atasının *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində ölümünün qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin atasının ölüm faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd *.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin atasının ölümü barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin atasının ölüm akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin atasının ölümünün qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin atası X3 *7.*2.*983-cü il tarixdə Ermənistan respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamə verilərkən ölüm haqqında akt qeydlərində soyadı “Balakişiyev”, adı “İsmayıl”, ata adı “Məmməd”, ölüm tarixi “*7.*2.*983-cü il”, ölüm yeri “Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndi” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçinin atası X3 *7.*2.*983-cü il tarixdə Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamə verilərkən ölüm haqqında akt qeydlərində soyadı “Balakişiyev”, adı “İsmayıl”, ata adı “Məmməd”, ölüm tarixi “*7.*2.*983-cü il”, ölüm yeri “Ermənistan Respublikası, Vorontsovka rayonu, Qızılşəfəq kəndi” kimi qeydiyyat aparılsın. Ərizəçi tərəfindən ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar