Məhkəmə qərarları › İş №2(010)-4373/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4373/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4373/2021 14.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 14 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : Ərizəçi Bakı şəhər Suraxanı Rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Ərizəçi 10.12.2020-ci il tarixdə ölməsi faktının təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, onun anası, X7, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq onunla və bacısı ilə ünvan 2 ünvanda yaşamışdır. Anası X7 ağır çəkidən, yüksək təzyiqdən və öd kisəsi kimi xəstəliklərdən əziyyət çəkmişdir, öd kisəsindən əməliyyat olunmuşdur, bir neçə dəfə də qarın boşluğunda yırtığın aradan qaldırılması əməliyyatlarına məruz qalmışdır, qara ciyərində hepatit C xəstəliyi da aşkar edilmişdir. Ev şəraitində həmişə müalicə olunmuşdur. Lakin bunlara baxmayaraq anası X7 may ayının əvvəllərində bir neçə gün özünü pis hiss etmiş, lakin xəstəxanaya müraciət etməkdən imtina etmişdir, belə ki, binada lift yoxdur, o isə artıq çəkidən əziyyət çəkirdi, 11.05.2021-ci ildə isə evdə qəfildən halı pisləşmiş, onlar təcili yardım çağırmışdırlar, təcili yardım yüksək təzyiqə qarşı iynə vurduqdan sonra getdi, ondan 1,5 saat sonra isə qəfildən keçindi. Onlar yenidən təcili yardım çağırdıqda gələn təcili yardım həkimləri anasının vəfat etdiyini bildirdilər və onlara “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verdilər. O, bacısı ilə və digər yaxınları ilə birlikdə anası X5 Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdirlər. Lakin xəstəxana ona anasının ölümü haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etdilər ki, onlar gec mürciət etmişdirlər. Gec müraciətinin səbəbi isə o olmuşdur ki, nəsillərində yaşca ən böyük elə anası idi, başqa yaşlı nəsil nümayəndəsi yox idi ki, onlara bu məsələləri izah etsin, özü isə heç vaxt belə məsələlərlə qarşılaşmamış. Həm də ana itkisini yalnız bu itki ilə qarşılaşmış şəxslər başa düşərlər, anasının qəfil vəfatı həm onu, həm də bacısını şok vəziyyitinə saldı.Belə ki, o onların həm anası, həm də atası olmuşdur. Onların ondan başqa heç kimi yoxdur. Anasının və atasının yaxınları Rusiya Feederasiyasında yaşadıqları üçün onları tanımırlar və görməmişdirlər. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin alınmasının dəfn müavinətinin alınması, anasının yataqxanada qeydiyyatdan çıxarılması və digər sənədləşmə işlərinin aparılması zərurəti ilə bağlı vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Rzayeva xanım Akifovna Azərbaycan Respublikası Mülki Prosessual məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, anası X7 11 may 2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 iyu 2021-ci il tarixli 704-05/75 nömrəli məktubu ilə Suraxanı rayon Qeydiyyat şöbəsində Ərizəçi 11.05.2021-ci il tarixdə vəfat etmiş X3 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə cavab olaraq, X3 barədə 'Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat informasiya Sisteminə 08.07.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası’’ - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi, ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi izah olunmuşdur. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Mülki iş materiallarında olan Təcili və X1 Stansiyası tərəfindən verilmiş 11.05.2021ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanında 11.05.2021-ci il tarixdə, saat 02:29-da X7 vəfat etmişdir. Mülki iş materiallarında olan Suraxanı rayon VAAQD şöbəsi tərəfindən XX-ЖГ seriyalı 336273 nömrəli, 20.08.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxx 1984-cü il tarixdə 1188 sayla qeyd edilmişdir. Ata qrafasında Rzayev Akif oğlu, ana qrafasında X8 qeyd edilmişdir. Mülki iş materiallarında olan X6 məxsus AZE seriyalı 09943450 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X7 12.04.1953-cü ildə Qazaxıstan, X4 anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Suraxanı rayon Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli arayışa əsasən, Ərizəçi Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, A/Y ev 24 ünvanda mərhumə anası X7 ilə yaşamışdır. Mərhumə anası 11.05.2021-ci ildə vəfat etmişdir. 11.05.2021-ci ildə Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və çıxışını, şahidlərin ifadələrini nəzərə alaraq, iş materiallararını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Ərizəçi mərhum anası 12.04.1953-cü il təvəllüdlü X7 11.05.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbə Quşçuluq yaşayış sahəsi qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ölümün qeyd edilmə faktı müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi anası 12.04.1953-cü il təvəllüdlü X7 11.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası 12.04.1953-cü il təvəllüdlü X7 11.05.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ölümün qeydə alınması Bakı şəhərində Suraxanı rayon Qeydiyyat şöbəsinə tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar