Məhkəmə qərarları › İş №2(010)-438/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-438/2024

11.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-438/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X*0nə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi *. Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X*0nə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 0*.04.*955-ci il təvəllüdlü X*n 2*.09.2023-cü il tarixdə ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 2*.09.2023-cü il tarixində yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Həmin vaxt Təcili Tibbi yardım çağırılmış və onlar bacısının vəfat etməsini təsdiqləmişlər. X* Mehdiabad qəbirstanlığında dəfn etmişdirlər. Onun ölüm faktını qohum-qonşular şahid kimi təsdiq edə bilər. X2 üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, 4 saylı Bakı “Asan xidmət” X*0nə ərizə ilə müraciət etmişdirlər. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Suraxanı rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X*0 məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar

5. Ermənistan SSR Sisiyan rayonu kənd sovetliyi tərəfindən xx.xx.*968-ci il tarixdə verilmiş İ-ЗЖ **26692 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (atası: X5, anası X6) xx xxxxx *968-ci il tarixində Ermənistan SSR, Sisiyan rayonunda anadan olmuşdur və bu barədə 06 may *968-ci il tarixdə doğum aktlarının qeydiyyatı kitabında 37 saylı akt qeydi aparılmışdır.

6. Ermənistan SSR Sisiyan rayonu kənd sovetliyi tərəfindən 0*.04.*955-ci il tarixdə verilmiş ЗЖ 776395 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X*2 (atası: X5, anası X6) 0* aprel *955-ci il tarixində Ermənistan SSR Sisiyan rayonunda anadan olmuşdur və bu barədə 0* aprel *955-ci il aprel ayının *-ci günündə doğum aktlarının qeydiyyatı kitabında 9 saylı akt qeydi aparılmışdır.

7. Təcili və X** Stansiyası 8 saylı Bölmə tərəfindən verilmiş 2*.09.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası 2*.09.2023-ci il tarixdə, saat *7:20-də çağırış üzrə ünvana çatmış, xəstə X3 həkimə qədər öldüyü müəyyən edilmişdir.

8. “Bakı Baş Səhiyyə Mərkəzi” X23 3 nömrəli şəhər poliklinikasının 27 sentyabr 2023-cü il tarixli *8-*-*-*/2-N-306-3*-25/2023 saylı cavab məktubuna əsasən X3 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 3*.0*.20*8ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün olmamışdır.

9. 4 saylı Bakı “ASAN xidmət” X*0 tərəfindən verilmiş *7.*0.2023-cü il tarixli, 3-*6-5/8- *5-*087/2023 nömrəli məktubdan görünür ki, X3 ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. *0. Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilən 07.*2.2023-cü il tarixli arayışdan görünür ki, X9 2*.09.2023-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. **. Bir ədəd fotoşəkildən görünür ki, qəbirin üzərində “X*2. 0*.04.*955-2*.09.2023” yazısı qeyd olunmuşdur. Şahid ifadələri *2. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, ölən şəxs bacısıdır. Ev şəraitində infakt keçirib. Xəbər gəldi getdik. Evdə tək yaşayırdı. Yuyulanda kürəyinin qaraldığını gördük. O, dəfndə və yas mərasimində iştirak etmişdir. *3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*3 bildirdi ki, ölən şəxs baldızıdır. O, işdə olması ilə əlaqədar saat 3-dən sonra evdə olur. Saat 5 radələrində baldızının ölməsi ilə bağlı zəng gəlmişdir. O, oğlunu gözləmiş və oğlu ilə birlikdə getmişdir. Mərhum onların evindən götürülüb. O, dəfndə və yas mərasimində iştirak etmişdir. *4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*9 bildirdi ki, o, ərizəçinin dostu və iş yoldaşıdır. İxtiyar Nəcəfovun evində keçirilmiş yas mərasimində və dəfn mərasimində iş yoldaşı kimi iştirak etmişdir. Onun hadisədən mərhum vəfat etdikdən sonra məlumatı olmuşdur. *5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, mərhum onun bibisidir. 2* sentyabrda qonşular bibisinin öldüyü barədə xəbər veriblər. Təxminən yarım saat-* saat sonra mərhumun yaşadığı evə getmişlər. Onlar getdikdə mərhum artıq keçinmişdir. Mərhum Mehdiabad qəbristanlığında dəfn olunub. Mərhum onların evindən götürülüb, yas mərasimləri isə mərasim evində keçirilib. Tətbiq edilən hüquq *6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. *8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə *9. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçinin X2 2* sentyabr 2023-cü ildə ev şəraitində vəfat etmişdir. Mərhumun ölüm səbəbinin bəlli olmaması əsası ilə ölüm haqqında tibbi şəhadətnaməsindən imtina edilmiş, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. 2*. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum bacısının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur.

22. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 0*.04.*955-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş X3 2*.09.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.04.*955-ci il tarixdə Ermənistan Respublikası, Sisyan rayonunda anadan olmuş X3 2*.09.2023-cü il tarixdə ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X3 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar