Məhkəmə qərarları › İş №2(010)-4506/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4506/2024

11.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4506/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00355 saylı xx.xx.2024-cü il tarixli "Barışıq Sazişinin" məcburi icrası üçün həmin barışıq sazişinin təsdiq edilməsi eləcədə ərizənin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə X5 və xx.xx.2016-cı il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Maraqlı şəxs ilə ərizəçi arasında olan ailə münasibətləri tam olaraq pozulduğu üçün ərizəçi tərəfindən ona mediasiya sessiyası vasitəsi ilə aralarında olan mübahisənin həl edilməsi üçün təklif göndərilmişdir. Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00355 saylı xx.xx.2024-cü il tarixli "Barışıq Sazişinə" əsasən Maraqlı şəxs ilə xx.xx.2009-cu il tarixdə bağlanmış 826 nömrəli qeyd edilmiş nikahın pozulmasına, eləcədə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 ərizəçinin, yəni anaları Ərizəçi himayəsinə verilməsinə və həmçinin xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat cəmi 470 manat məbləğində aliment ödəyəcəyinə razılıq vermişdir. Lakin bu günədək Maraqlı şəxs tərəfindən hər hansı aliment ödənilməmiş və bu səbəbdən barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-218/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında olan xx.xx.2009-cu il tarixdə 826 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iclasa gəlməyən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, Ərizəçi və Maraqlı şəxs izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 2187/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddası təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 826 sayla qeydə alınmış xx.xx.2009cu il tarixli nikahın pozulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00355 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən -Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi 01 03.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir.Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinə əsasən -Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi 01 03.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir.Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00355 saylı barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00355 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: «Birinci tərəf: Ərizəçi Bu Sazişi imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf Maraqlı şəxs ona xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) AZN məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartına ödəniləcəyi ilə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan İkinci tərəf (atası) Maraqlı şəxs ilə ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür. Birinci tərəf: Ərizəçi Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Ərizəçi ilə Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə № 826 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 Birinci tərəf Ərizəçi (ananın) yanında (himayəsində) qalmalarına razıdır. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf Ərizəçi 01 03.2024-cü il tarixdən etibarən hər ayın 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) AZN olmaqla 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Qasımov X4 tərəf həyat yoldaşı Ərizəçi ilə Birgə nikahdan dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 uşaqların mənafei nəzərə alınmaqla (ananın iştirakı olmadan) vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına Birinci tərəf Ərizəçi ona şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir.Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir..» Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar