Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4509/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1932ci il təvəllüdlü X3 xx.xx.1978-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndində vəfat etməsi etməsi barədə akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.1932-ci il təvəllüdlü X3 həqiqətən də xx.xx.1978-ci il tarixində Xocavənd rayonunun Tuğ kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı X5 xx.xx.2020-ci il tarixdə Covid-19 virus xəstəliyi nəticəsində vəfat etmişdir. Ölümündən sonra mərhumun mülkiyyətində olmuş daşınmaz əmlakın və nəqliyyat vasitəsinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün o notarial orqana müraciət etmişdir. Lakin notariat orqanı tərəfindən mərhumun digər vərəsələrinin (atası və anasının) ölüm şəhadətnamələri tələb olunmuşdur. Lakin qaynatasının ölüm şəhadətnaməsinin olub-olmamasını araşdırmış və bu məqsədlə Qeydiyyat şöbəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, qayınX2 xx.xx.1978-ci il tarixində Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. Lakin hamıya məlumdur ki, həmin ərazilər erməni işğalında olmuşdur. Ölüm haqqında qeydlər işğal olunmuş rayonun QŞ-nin arxivlərində qalmışdır. Bu əsasla da məhkəməyə hazırkı ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, Ərizəçi əri X5 xx.xx.2020-ci il tarixdə Covid-19 virus xəstəliyi nəticəsində vəfat etmişdir. Ölümündən sonra mərhumun mülkiyyətində olmuş daşınmaz əmlakın və nəqliyyat vasitəsinin qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi üçün, Ərizəçi müvafiq notarial orqana müraciət etmişdir. Lakin mərhumun digər vərəsələrinin (atası və anasının) ölüm şəhadətnamələri tələb olunmuşdur. Təbii ki, həmin sənədlər ərizəçidə ola bilməzdi. Ərizəçi bu məqsədlə Qeydiyyat şöbəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, ərizəçinin qayınX2 xx.xx.1978-ci il tarixində Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. Lakin məlumdur ki, həmin ərazilər erməni işğalında olmuş və ölüm haqqında qeydləri işğal olunmuş rayonun QŞ-nin arxivlərində mövcud olmamışdır. Bu əsasla da məhkəməyə hazırkı ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun mərhum qardaşının həyat yoldaşıdır. Onun X2 xx.xx.1978-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda qardaşı X10 da xx.xx.2020-ci il tarixdə Covid-19 virus xəstəliyi nəticəsində vəfat etmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 mənzil 64 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli X6 ünvanladığı ölüm haqqında akt qeydinin qeydə alınmasından imtina haqqında rəydən görünür ki, X7 barədə ölüm haqqında akt qeydi Beyləqan rayon Qeydiyyat şöbəsinin, nə də Respublika VVA reyestri xidmətinin arxivində aşkar olunmadı. Ərizəçi tərəfindən isə Beyləqan rayon Qeydiyyat şöbəsinə bu qeydin varlığını təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında əlavə edilmiş AZ № ******* saylı verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X10 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Soltanova, ərə İsmayılov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Xocavənd rayon İHB-nın Tuğ kənd X13 Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X1 (keçmiş Hadrut) rayonunun Tuğ kəndində anadan olmuş və xx.xx.1978-ci ildə vəfat etmişdir. Həmin tarixdə Tuğ kənd qəbristalığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.1978-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.1978-ci il tarixdə Xocavənd (keçmiş Hadrut) rayonunun Tuğ kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1932-ci il təvəllüdlü X3 xx.xx.1978-ci il tarixində Xocavənd (keçmiş Hadrut) rayon Tuğ kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4509/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4509/2020
04.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver