Məhkəmə qərarları › İş №2(010)-4511/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4511/2020

02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4511/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1933-cü il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə ev şəraitində, Quba rayonunun Pirvahid kəndində vəfat etmə faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1933-cü il tarixində Quba rayonunda doğulmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhum atası bir müddət təngnəfəslikdən və ürək ağrılarından əziyyət çəkmişdir. xx.xx.2020-ci il tarixdə, gecə saat 02 radələrində atasının vəziyyəti pisləşmiş və qardaşı və onun arvadı yanında olarkən vəfat etmiş, həmin günü qohumların iştirakı ilə Quba rayonu Pirvahid kəndinin ərazisindəki qəbirstanlıqda dəfn edilmişdir. Sonradan atasının ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin, onlara ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni müdafiə edərək atası ölən vaxtı orada olmadığını, onun ölümü ilə bağlı detallardan xəbərsiz olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, ərizəyə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 811-05/75 № li məktubundan görünür ki, Ərizəçi X3 ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, X3 ölüm faktının müəyyən edilməsi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həmin hadisə ilə bağlı şahidlərin olduğunu bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən prosessual normaların tələblərinə əsasən ölüm faktının müəyyən edilməsi üçün ilk növbədə həmin hadisənin baş verməsini əks etdirən sübutların olması zəruridir. Hazırkı işdə isə ev şəraitində ölüm faktının baş verməsini əks etdirən hər hansı bir sübut mövcud deyil, bundan əlavə ərizəçinin izahatından məlum olur ki, o həmin hadisədən məlumatlı deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilə bilməz. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizəçi ölümün faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar