Məhkəmə qərarları › İş №2(010)-4519/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4519/2025

18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4519/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 8 saylı mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-01183 saylı barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o – Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikah Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixli, 1362 saylı qeydlə qeydiyyat aparılmış və oradan onlara nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahda olan zaman birgə ailə həyatından onların 2 uşaqları xx.xx.2010-cu ildə oğulları X20 və xx.xx.2011-ci ildə digər oğulları X10 anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə verdiyi iddia ərizəsi əsasında Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-2318/2012 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Eyni zamanda həmin bu qətnamə ilə uşaqları X20 və X4 onun yanında saxlanması qət edilmişdir. Nikah məhkəmə qaydasında pozulandan sonra hər iki tərəfin ağsaqqallarının işə qarışmasından sonra onlar barışmış və yenidən ailə kimi bir yerdə yaşamağa başlamışlar. Bir yerdə yaşayan zaman onların birgə ailə həyatından 3-cü uşaqları xx.xx.2013-cü ildə qızları X18 anadan olmuşdur. Onlar barışıb bir müddət bir yerdə yaşasalar da, Maraqlı şəxs yenə də ona və uşaqlara qarşı olan münasibətini düzəltmədiyinə görə onlar yenidən ikinci dəfə ayrılmış və ərizəçi uşaqları ilə, Maraqlı şəxs isə başqa ünvanda yaşamağa başlamışdılar. Ayrılandan sonra 2013-cu ilin iyul ayında o, Maraqlı şəxs qarşı Bakı şəhəri Xətai rayon məhkəməsində rəsmi nikahdan doğulmuş uşaqları X20 və X10 və faktiki nikahdan doğulmuş qızı X11 görə “aliment tələbinə dair” iddia qaldırmışdır. Verdiyi iddia ərizəsi əsasında Xətai rayon məhkəməsi işə baxıb xx.xx.2013-cü il tarixli, 2(011)-3619/2013 saylı qətnamə çıxarmışdır. Həmin qətnamə ilə iddia tələbi tam şəkildə təmin edilmiş və uşaqları X20, X10 və qızı X18 yetkinlik yaşına çatana kimi onların saxlanması üçün hər birinə görə, hər ay 30 manat, cəmi 90 manat məbləğində alimentin cavabdeh Maraqlı şəxs tutulub ona ödənilməsi qət edilmişdir. İkinci dəfə ayrılandan sonra yenə hər iki tərəfin böyüklərinin işə qarışması və ailənin bərpa edilməsinə çalışması nəticəsində onlar yenə barışmış və ondan sonra yenə ailə kimi bir yerdə yaşamağa başlamışdılar. Onlar barışsalar da, ancaq yenidən rəsmi nikaha daxil olmayıblar. Barışıb bir yerdə yaşamağa başlayandan sonra Maraqlı şəxs bir müddət ona və uşaqlara qarşı olan münasibətini düzəltmiş, əvvəlki pis hərəkətlərindən əl çəkmiş və onlarla yaxşı rəftar etməyə başlamışdır. Barışıb bir yerdə yaşamağa başlayandan sonra Maraqlı şəxs ilə olan birgə ailə həyatından və faktiki nikahdan onların xx.xx.2019-cu ildə dördüncü övladları X16 anadan olmuşdur. Dördüncü uşaqları anadan olandan bir müddət sonra Maraqlı şəxs ilə yenə onların münasibətləri pozulmuş və ayrılmışdılar. Ondan sonra yenə müxtəlif ünvanlarda, o 4 uşağı ilə birgə, Maraqlı şəxs isə ayrı ünvanda yaşamağa bağlamışdır. Ayrılandan sonra o, dörd uşağını valideynlərinin köməkliyi ilə təkbaşına böyüdüb saxladığını, onların hər bir problemini həll etdiyini bildirir. Maraqlı şəxs isə onlarla maraqlanmır və onlara heç bir köməklik etmir. Bildirir ki, Maraqlı şəxs ilə faktiki nikahdan doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X18 və xx.xx.2019-cu il təvəllüdlü X6 atalığı müəyyən edilmiş və onların hər birinə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X22 haqqında şəhadətnamələr verilmişdir. 2025-ci ilin may ayında o, Maraqlı şəxs qarşı dörd uşaqlarının onun yanında qalması və onlara görə Maraqlı şəxs alimentin tutulması barədə məhkəməyə müraciət etməmişdən əvvəl Bakı şəhəri 8 saylı mediasiya təşkilatına müraciət etmişdir. Etdiyi müraciətdən sonra onların mediasiya işini 8 saylı mediasiya təşkilatının X1 aparmağa başlamışdır. X12 və Maraqlı şəxs 8 saylı mediasiya təşkilatına mediasiya prosesinə çağırmış, onunla söhbət etmiş və Maraqlı şəxs onun tələbləri barədə bir daha məlumat vermiş və fikirlərini soruşmuşdur. Mediasiya prosesi zamanı onunla Maraqlı şəxs arasında dörd uşaqlarının da onun yanında qalması və Maraqlı şəxs tərəfindən hər ay hər bir uşağa görə 40 manat,cəmi 160 manat məbləğində alimentin ona xx.xx.2025-ci il tarixindən etibarən hər ayın 1-dən 30-dək ödənilməsi barədə razılıq əldə olunmuş və bununla bağlı onların aralarında xx.xx.2025-ci il tarixində mediator X17 tərəfindən tərtib edilmiş barışıq sazişi bağlanmışdır. Barışıq sazişində həm də qeyd olunmuşdur ki, Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə tərəf kimi Ərizəçi aidiyyatı məhkəməyə barışıq sazişini təsdiq etdirmək hüququ vardır, bu barədə Maraqlı şəxs məlumatı var və o, buna etiraz etmir. xx.xx.2025-ci ildə mediasiya prosesi nəticəsində aralarında əldə edilən razılıqla əlaqədar barışıq sazişi bağlansa da, Maraqlı şəxs iki aydır ki,barışıq sazişini könüllü olaraq icra etmir, barışıq sazişinin tələblərinə əməl etmir, həmin bu barışıq sazişi ilə üzərinə götürdüyü öhdəlikləri könüllü olaraq yerinə yetrimir, barışıq sazişinin icrasından könüllü imtina edir. Maraqlı şəxs barışıq sazişi ilə dörd uşaqlarına görə ona ödəməli olduğu 160 manat məbləğində alimenti 2 aydır ki, ödəmir və ödəmək istəmir. Maraqlı şəxs barışıq sazişinin tələblərini yerinə yetirməkdən qəsdən boyun qaçırır. Ərizəçi qeyd edir ki, o, Ağdam rayonundan məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azaddır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, Maraqlı şəxs ilə barışıq sazişini 2 ay öncə bağlamışdırlar. Qeyd edir ki, 4 uşaqları var, boşandıqdan sonra ailələri onları birləşdirməyə çalışmışdır, lakin hesab edir ki, Maraqlı şəxsla yaşamaq mümkün deyil. Bundan başqa hazırda 4 uşağın da onda olduğunu, maraqlı şəxsin 2 aydır alimenti ödəməyərək mediasiyanı ciddiyə almadığını bildirir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Azərbaycan Respublikasının Qaçqınların və X19 üzrə Dövlət Komitəsi tərəfindən verilən 1002 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi həqiqətən Suraxanı ray., Hövsan qəs..Oqtay Sabanov küç,. 4 saylı yataqxanada məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 594484 nömrəli, xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 4715 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 810778 nömrəli, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 0055 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 724909 nömrəli, xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1520 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 290802 nömrəli X22 haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2013-cü ildə doğulmuş X9 atası hesab edilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 112 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 379847 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 6308 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 378951 nömrəli X22 haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu ildə doğulmuş X6 atası hesab edilmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 323 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2318/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Abdullayeva (Bağırova) Aygün Rəfail qızı ilə Maraqlı şəxs arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1362 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəl X20 və xx.xx.2011-ci il təvəllüdlü X4 Ərizəçi yanında qalması və.s qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 155277 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında həmin tarixdə 369 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Abdullayeva soyadı verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3619/13 saylı, xx.xx.2013-cü il il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 25 iyul 2013-cü il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs 08 dekabr 2010-cu il tarixdə anadan olmuş X13, 29 dekabr 2011-ci il tarixdə anadan olmuş X4, 08 aprel 2013-cü il tarixdə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 30 manat, cəmi 90 manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulması və.s qət edilmişdir. Mediasiya Xidmətlərinin Göstərilməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01183 nömrəli Müqavilədən görünür ki, tərəflər - Ərizəçi, Maraqlı şəxs arasında uşaqların ananın yanında (himayəsində), aliment tələbinə dair mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Bakı 8 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi, Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01183 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun (ananın) 1-ci tərəf: X5 yanında (himayəsində) qalmasına razıdır. Eyni zamanda bu saziş bağlanmaqla tərəflər arasında ailə mübahisəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-3619/13 saylı xx.xx.2013-ci il tarixli Qətnaməsinin qət etdi hissəsində uşaqlar və alimentlə bağlı hissədə göstərilən bəndlərin öz aralarında dəyişdirilməsi qərarına gəldiyini təsdiq edir və aidiyyəti İcra Şöbəsinə rəsmi ərizə ilə müraciət edəcəyini təsdiq edir. 2) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X22 Haqqında Şəhadətnamə AZ-İ № 290802, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X9 və (X22 Haqqında Şəhadətnamə AZ-İ№ 378951,2 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2019-cu il təvəllüdlü X6 onun 1-ci tərəf: X5 (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək hər ay hər uşaq üçün 40 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin 2-ci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair 2-ci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 4) 1-ci tərəf: X2 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılğı ilə həll olunduğunu təsdiq edir. 2-ci tərəfin öhdəliklərini pozduğu təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. 1) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 (ananın) 1-ci tərəfin: X5 yanında (himayəsində) qalmasına razıdır. Eyni zamanda bu saziş bağlanmaqla tərəflər arasında ailə mübahisəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-3619/13 saylı xx.xx.2013-ci il Qətnaməsinin qət etdi hissəsində uşaqlar və alimentlə bağlı hissədə göstərilən bəndlərin öz aralarında dəyişdirilməsi qərarına gəldiyini təsdiq edir və 2-ci tərəfin aidiyyəti İcra Şöbəsinə rəsmi ərizə ilə müraciət edəcəyi ilə razıdır. 2) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X22 Haqqında Şəhadətnamə AZ-İ № 290802, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X9 və (X22 Haqqında Şəhadətnamə AZ-İ№ 378951, 2 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2019-cu il təvəllüdlü X6 1-ci tərəf: X5 (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1-ci tərəf: X7 xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək hər ay hər uşaq üçün 40 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini 1-ci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. 4) 2-ci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə 1-ci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, sazişin aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə həm birgə həm faktiki nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında mediator X8 iştirakı ilə bağlanılmış MŞB/8/2025-01183 saylı barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: 1) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 onun (ananın) 1-ci tərəf: X5 yanında (himayəsində) qalmasına razıdır. Eyni zamanda bu saziş bağlanmaqla tərəflər arasında ailə mübahisəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-3619/13 saylı xx.xx.2013-ci il tarixli Qətnaməsinin qət etdi hissəsində uşaqlar və alimentlə bağlı hissədə göstərilən bəndlərin öz aralarında dəyişdirilməsi qərarına gəldiyini təsdiq edir və aidiyyəti İcra Şöbəsinə rəsmi ərizə ilə müraciət edəcəyini təsdiq edir. 2) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X22 Haqqında Şəhadətnamə AZ-İ № 290802, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X9 və (X22 Haqqında Şəhadətnamə AZ-İ№ 378951,2 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2019-cu il təvəllüdlü X6 onun 1-ci tərəf: X5 (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) 1-ci tərəf: X2 Sazişi imzalandıqdan sonra 2-ci tərəf: Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək hər ay hər uşaq üçün 40 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin 2-ci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəniləcəyinə dair 2-ci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır... 1) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 (ananın) 1-ci tərəfin: X5 yanında (himayəsində) qalmasına razıdır. Eyni zamanda bu saziş bağlanmaqla tərəflər arasında ailə mübahisəsi üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-3619/13 saylı xx.xx.2013-ci il Qətnaməsinin qət etdi hissəsində uşaqlar və alimentlə bağlı hissədə göstərilən bəndlərin öz aralarında dəyişdirilməsi qərarına gəldiyini təsdiq edir və 2-ci tərəfin aidiyyəti İcra Şöbəsinə rəsmi ərizə ilə müraciət edəcəyi ilə razıdır. 2) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları (X22 Haqqında Şəhadətnamə AZ-İ № 290802, Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2013-cü il təvəllüdlü X9 və (X22 Haqqında Şəhadətnamə AZ-İ№ 378951, 2 saylı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilib) xx.xx.2019-cu il təvəllüdlü X6 1-ci tərəf: X5 (ananın) yanında (himayəsində) qalmasına razıdır. 3) 2-ci tərəf: Maraqlı şəxs Bu Sazişi imzalandıqdan sonra (sabiq həyat yoldaşı) 1-ci tərəf: X14 ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X4 və faktiki nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 1-ci tərəf: X7 xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 30-dək hər ay hər uşaq üçün 40 manat olmaqla ümumilikdə 160 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini 1-ci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür... Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar