Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4551/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin ölməsi faktının təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, dəfn müavinətin təyin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün xx.xx.1950-ci il tarixdə doğulmuş bacısı X2 xx.xx.2020-ci tarixdə Bakı şəhərində ölməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı X2 xx.xx.2020-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir.. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdi və sənədlər təqdim edərək bildirdi ki, mərhum bacısı X6 xx.xx.1950-ci ildən Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. O, xx.xx.2020-ci il tarixdən qəflətən yaşadıqları ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri Zığ qəbirsanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə 2 saylı Bakı ASAN xidmət mərkəzi Qediyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum bacısı X2 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Ərizəçi onun qonşusudur. X1 xanımın bacısı olmuş və xx.xx.2020-ci tarixdə Bakı şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Suraxanı rayonu ərazisində yerləşən Zığ qəbirsanlığında dəfn edilmişdir. Bir qonşu kimi o da Stella xanımın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, o, Ərizəçi qonşusudur. X1 xanımın bacısı olduğu üçün onların qonşuluq əlaqələri olmuşdur. Lakin Stella xanım xx.xx.2020-ci tarixdə qəflətən vəfat etmişdir. Vəfat etdikdən sonra Suraxanı rayonu ərazisində yerləşən Zığ qəbirsanlığında dəfn edilmiş və o da bir qonşu olaraq bütün bunlara şahidlik etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı-Nizami RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı 14173476 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1950-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X7 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 15:45-də Xətai rayonu, Naximov, Zeytun sovxozu, 188A ünvanına X6 adına çağırış olub. Çağırış yerinə gələn 7 saylı bölmənin həkimi Əliyev F. xəstəyə qadın cinsli meyit diaqnozu qoyub. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 247 №-li arayışdan görünür ki, vətəndaş Ərizəçi ərizəsinə əsasən X5 xx.xx.2020ci il tarixdə Zığ kənd qəbiristanlığından yer ayrılaraq dəfn olunmuşdur. Fotoşəkillərdən görünür ki, X6 həqiqətən xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/825/75 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-4551/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4551/2020
16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver