Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4575/2024 16.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə Ərizəçi arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizə onunla əsaslandırılmışdır ki; “Mən Maraqlı şəxs ilə xx.xx.2015-ci ildə ailə həyatı qurmuşam, nikahımız həmin tarixində Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 397 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahımızdan xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşadıqdan sonra ailəmizdə müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Ailə münasibətlərimiz artıq formal xarakter daşıyır. Bu səbəbdən mən mediasiya təşkilatına müraciət etmişdim. Bakı 11 X4 aramızda xx.xx.2023-cü il tarixli MŞB/11-01405 saylı aşağıdakı məzmunlu barışıq sazişi bağlanmışdır. Tərəflər Sazişi imzaladıqdan sonra aralarında olan Bak Şəhəri, Xatai rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 397 nömrə ilə qeydə alınmış nihahın pozulmasına va bunun məhkəmə qaydasında həllinə razılaşdılar. İkinci Tərəf övladı xx.xx.2016-cı il doğum tarixli X2 Birinci tərəfin himayəsində qalmasına etiraz etmir. X11 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladı xx.xx.2016-cı il doğum tarixli X3 yetkinlik yaşına çatanadək hər ayın 6na qədər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. X12 Tərəfə övladı xx.xx.2016-cı il doğum tarixli X3 ilə həftə sonları günün saat 09:00-18:00-dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Göründüyü kimi Sazişin 3-cü bəndinə əsasən maraqlı şəxs mənə xx.xx.2023cü il tarixdən başlayaraq X3 yetkinlik yaşına çatanadək hər ayın 6-na qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin qeyd edilənlərə baxmayaraq Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Nəticə etibarilə barışıq sazişi Maraqlı şəxs tərəfindən hələ də icra edilməyib. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/11-01405 saylı barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyindən mən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1- ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən, hesab edirəm ki, bu sazişin məhkəmə tərəfindən təsdiq edilməlidir.”
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları.
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01934 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Bakı şəhəri. Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 397 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci Tərəf övladları xx.xx.2016-cı il doğum tarixli X2 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.
3. X11 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2016-cı il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 6-na qədər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
4. X12 Tərəfə övladları xx.xx.2016-cı il doğum tarixli X3 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq.
6. Bakı 2 saylı “Asan Xİdmət” Mərkəzi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 824635 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2016cı il tarixində Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 4774 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 071734 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və X5 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 397 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsgəndərov, arvada İsgəndərova soyadı verilmişdir. İşin faktiki halları.
8. Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə, MŞB/13/2023-01934 saylı barışıq sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə uyğun olaraq nikahın pozulması, uşağın ananın yanında qalması, X11 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2016-cı il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 6-na qədər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüş və X12 Tərəfə övladları xx.xx.2016-cı il doğum tarixli X3 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Lakin barışıq sazişi üzrə ikinci tərəf Maraqlı şəxs barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
Tətbiq edilən hüquq.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin alimentlə bağlı olan bəndlərinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndlərinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu bəndlər qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin uşaqlar üçün xərclərin ödənilməsi ilə bağlı olan bəndləri təsdiq edilməlidir.
13. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur) sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir. Məhkəmə xərcləri.
14. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
15. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
16. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01934 saylı barışıq sazişi təsdiq edilsin: Tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Bakı şəhəri. Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, Nigahın bağlanması haqqında akt qeydləri kitabında 397 nömrə ilə qeydə alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci Tərəf övladları xx.xx.2016-cı il doğum tarixli X2 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.
3. X11 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2016-cı il doğum tarixli X3 yetkinlik yaşına çatanadək, hər ayın 6-na qədər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
4. X12 Tərəfə övladları xx.xx.2016-cı il doğum tarixli X3 ilə həftə sonları günün saat 09:00-18:00 dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva