Məhkəmə qərarları › İş №2(010)-4586/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4586/2020

12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4586/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1920-ci il tarixdə anadan olmuş X4nın xx.xx.1995-ci ildə Quba rayonu, Gültəpə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, X1 xx xxxxx 1906-cı il tarixdə Quba rayon, Gültəpə kəndində, X4 xx xxxx 1920-ci il tarixdə Quba rayon Gültəpə kəndində anadan olmuşdur. X1 və X4 x xxxx 1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların nikahından X6, X10, X7 və özü- Ərizəçi xx xxxxx 1957-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. X1 xx xxxxxx 1992ci il tarixdə Quba rayonu Gültəpə kəndində vəfat etmişdir. X4 xx xxxxxxxx 1995-ci il tarixdə Quba rayonu Gültəpə kəndində vəfat etmiş və Gültəpə kənd qəbristanlığında dəfn edilmişdir. Həmin vaxt o, qanunu bilməməzlikdən anasının ölümünü rəsmiləşdirməmiş və bundan sonra da anasının ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. O, bu barədə Quba rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Qeydiyyat şöbəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubu və xx xxxxxx 2020-ci il tarixli arayış ilə X4nın 1992-1998 illərdə barəsində Quba rayonu Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydinin aşkar olunmadığı, Qeydiyyat şöbəsi tərəfindən X9 ölümünün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Anasının ölməsi faktının müəyyən edilməsi ona bəzi sənədləşmə işlərinin həlli üçün (vərəsəlik məsələləri ilə bağlı) lazımdır. Quba rayon Qeydiyyat şöbəsində ona həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi təklif edilmişdir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, o, Ərizəçi qonşusudur. X3 da Ərizəçi atasıdır. Ərizəçi xx.xx.1995-ci ildə Quba rayonunun Gültəpə kəndində yaşadıqları evdə ölmüşdür. O, X3nın yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş evlənmə haqqında şəhadətnamədən görünür ki, X5 ilə X11 arasında nikah 02,03.1970-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən mərhumə X2 adma ondan ötrü ki, həqiqətən o, Tüləkəran kənd X20 Quba rayonu Gültəpə kəndində anadan olmuş və xx.xx.1992-ci ildə Quba rayonu Gültəpə kəndində vəfat etmişdir. Vəfat etdikdən sonran sonra aşağıdakı vərəsələri qalmışdır. Digər vərəsələri barədə Tüləkəran kənd İcra Nümayəndəliyində hər-hansı bir məlumat yoxdur.Həyat yoldaşı – X15, X6, X12, X7, Ərizəçi. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanladığı məktubundan görünür ki, anası 1920-ci il təvəllüdlü X8 1993- 1998-ci illərdə ölümün qeydə alınması ilə bağlı Quba rayon qeydiyyat şöbəsinə ünvanladığı ərizəyə mahiyyəti üzrə baxılmışdır. Cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarının müvafiq bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (feldşer arayışı, həkim arayışı ilə) təsdiq edilməlidir.Lakin Siz həmin ölümü təsdiq edən arayışı bizə təqdim edə bilmirsiniz.Eyni zamanda bildiririk ki,Azərbaycan Respublika Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 13-16-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda,vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasındasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının deyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edilən sənədlərə əsasən bərpa edilir.Yuxarıda göstərilən sənədlərin heç birini qeydiyyat şöbəsinə təqdim etmədiyinə görə tərəfindən X8 ölümünün qeydə alınması və ya bərpası qeyri-mümkündür. Bu səbəbdən ona təklif olunmuşdur ki, məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.1957-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 27.İV.1957-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Quba rayon İHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba RİHB-nm Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vətəndaş mərhumə X9 adma ondan ötrü ki, o həqiqətən xx.xx,1920-ci il tarixində Tüləkəran kənd X20 Quba rayonu Gültəpə kəndində anadan olmuş, xx.xx.1995-ci il tarixdə Quba rayonu Gültəpə kəndində vəfat etmiş və Gültəpə kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 24.Xİ.1992-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1920-ci il təvəllüdlü X9 xx.xx.1995-ci il tarixdə Quba rayonunun Gültəpə kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-311, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. xx.xx.1920-ci il təvəllüdlü X9 xx.xx.1995-ci il tarixdə Quba rayonunun Gültəpə kəndində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X3nın ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar