Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4599/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*4 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhər Təcili və X8 Stansiyasının xx.xx.2023-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, ünvan 1 ünvanına *5:40-da X4 adına çağırış olmuş və kişi cinsli meyit (həkimə qədər ölüm) aşkarlanmışdır.
2. 30 nömrəli Ambulatoriyanın baş həkimi tərəfindən Ərizəçi ünvanlanmış *5.09.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş **.0*.*985-ci il təvəllüdlü X4 30 nömrəli Ambulatoriyaya heç bir xəstəliklə əlaqədar müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) verilməmişdir.
3. Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən verilmiş *5.09.2023-cü il tarixli 05/23 №-li arayışdan görünür ki, xx.xx.2023-cii il tarixdə ünvan 1-da qeydiyyatda olmaqla yaşayan **.0*.*985-ci il təvəllüdlü X6 öz evində həkimə qədər vəfat etmişdir. Onun ölməsi faktında cinayət hadisəsi olmadığından rayon prokurorluğunda araşdırma aparılmamışdır.
4. Zığ Bələdiyyəsi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli 438 №-li arayışından görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X2 qəbiristanlığında dəfn olunmuşdur.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *9.09.2023-cü il tarixli, 3-*6-5\7-*00*\2023-75 №-li məktubdan görünür ki, Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəyə baxılmışdır. X6 barədə “X* İnformasiya Sisteminə *9.09.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*,*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Məhkəməyə müraciət etmək məsləhət görülür.
İşin faktiki halları
6. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X6 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Zığ kənd qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X4 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
7. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ** yanvar *985-ci il təvəllüdlü X4 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, oğlunun xəstəliyi yox idi və ürəktutmasından vəfat etmişdir. Həmin vaxt evə təcili yardım çağırsalar da, onlar gəldikdə artıq gec idi. Vəfat etdikdən sonra oğlu Zığ kənd qəbirstanlıqda dəfn olunmuşdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, mərhum onun həyat yoldaşı idi. Yoldaşının heç bir xəstəliyi yox idi, əvvəlcə mədəsi ağrıdı, sonra isə xx.xx.2023-cü il tarixdə vəfat etdi. Bütün bunlar *-2 gün içərisində baş verdi. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, mərhum onun baldızının oğlu olmuşdur. Ramil çox sağlam biri idi və heç bir xəstəliyi olmamışdır. Anidən mədəsində ağrılar olmuş, sonra isə *-2 gün içərisində ürəktutmasından vəfat etmişdir. O da bir qohum kimi mərhumun dəfnində iştirak etmişdir.
Tətbiq edilən hüquq
**. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X4 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. X4 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.