Məhkəmə qərarları › İş №2(010)-4650/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4650/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4650/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi **.05.*95*-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar **.05.*95*-ci il tarixdə doğulmuş X8 ərizəçinin anasıdır. Uzun müddət idi ki, anası şəkər və ürək xəstəliyindən əziyyət çəkirdi, mütəmadi olaraq müalicələr alırdı. *0.04.2024cü il tarixdə anamın halı qəfil pisləşdi. Biz dərhal “Təcili YardınTa zəng vursaq da, lakin həkim gələnə kimi ərizəçinin anası X8 vəfat etmişdir. Anası vəfat edərkən ərizəçi və bacıları - X6 və X9 da onun yanında olmuşdur. Anası - X3 Qaradağ rayon, Korgöz qəsəbə qəbirstanlığında dəfn etmişdir. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anasının ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də ərizəçi mərhum anası - X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün 2* nömrəli Şəhər Poliklinikasına və 4 saylı “ Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmişdir. 2* saylı Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 saylı “Azan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməsinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə anası X2 ölüm faktı müəyyən olunmalıdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, o, Ərizəçi bibisidir, mərhum anası X8 isə onun qardaşı arvadı idi. Qardaşı arvadı təxminən bu ilin yay ayında özünün yaşadığı Zabrat qəsəbəsində vəfat etmişdir. Həmin vaxta Zərifənin qızları yanında olmuşdur. Gecə saat 2-3 olardı ona da zəng vurub məlumat vermişlər ki, Zərifə vəfat edib. Mərhumu Qaradağ rayonun Korgöz qəbirstanlığında dəfn olunmuşdur. Mərhum qardaşı arvadının dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə Zabrat qəsəbəsində qonşudurlar. Ərizəçinin mərhum anasını da tanıyırdı. Səbinənin anası X8 xx.xx.2024-cü il tarixdə yaşadığı Zabrat qəsəbəsiində vəfat etmişdir. Həmin gün axşam saat 9 radələrində Səbinə ona zəng edib bildirmişdir ki, anasının halı pisdi. O da Səbinəgilə gəlmişdir. Səbinənin anasının vəziyyəti ağır olduğu üçün o, təcili yardıma zəng vurmuşdur. Çağırışa gələn həkim anasına iynə vurub getmiş və xəstənin vəziyyətinin ağır olduğunu bildirmişdir. Həkim gedəndən bir müddət sonra xəstənin yenidən halı pisləşdi və o, yenə təcili yardıma zəng vurmuşdur. Lakin bu dəfə həkim gəlib çatana kimi Səbinənin anası Zərifə xala rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Oktyabr rayon VVAQ şöbəsi tərəfindən 04.07.*980-cı ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*980-ci ildə doğulmuş və valideynləri X*3 və X5r. 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2*.08.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, ərizəçinin anası X2 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 2* nömrəli Şəhər Poliklinikasının *5.07.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Zabrat qəsəbəsi, Frunze küç, ev *6 ünvanında qeydiyyatsız yaşamış (qeydiyyat-Xətai rayonu, Gəncə prospekti) *95*-ci il təvəllüdlü X2 ölümü ərazidə baş versə də, poliklinikaya heç bir müraicəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə yazılması səlahiyyəti xaricindədir. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zabrat q. M.Fronze k. ev 26 ünvanında X2 adına çağırış olmuş və ona həkiməqədər ölüm qadın cinsli aşkar olunmuşdur. Qaradağ rayon Korgöz Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 28 saylı arayışından görünür ki, X* anası X8 (AA 38*4904), xx.xx.2024- cü il tarixində vəfat etmiş və Qaradağ rayon, Korgöz qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X*2 arasında nikah xx.xx.2003-c il tarixdə bağlanmışdır. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası **.05.*95*-ci il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi anası X2 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin anası X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, **.05.*95*-ci il tarixdə doğulmuş X2 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. **.05.*95*-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar