Məhkəmə qərarları › İş №2(010)-4655/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4655/2023

02.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4655/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Ərizəçi Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi dair xüsusi icraat qaydasında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin” təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə 12 aprel 2013-cü il tarixində aralarında bağlanmış nikahın pozulmasına, həmçinin birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılmasına, Maraqlı şəxs1 tərəfindən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək (18 yaşına qədər) saxlanılması üçün X2 şəxsi kart hesabına cari ilin oktyabr ayının 1-dən başlayaraq hər ayın 1-5 aralığında 500 manat məbləğində aliment ödəməsinə və Maraqlı şəxs1 birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə məhduddiyyət olmadan ünsiyyətdə olmasına dair 31.08.023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə görə, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə görə isə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 305.1-ci və 305.1.17-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddələrinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Ərizəçi ərizəsi iddia ərizəsinin forma və məzmununa uyğun tərtib olunmamışdır. Belə ki, ərizəçi tərəfindən ərizəsini xüsusi icraat qaydasında versədə də, nikahın pozulması iddia icraatı formasında verilməlidir. Həmçinin, ərizəçi xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini tələb etsədə də, barışıq sazişindən görünür ki, alimentin ödənilməsi carı ilin oktaybr ayının 1-dən başlayaraq hər ayın 1-5-nə kimi ödənilməlidir. Bununla da, barşıq sazişinin könüllü şəkildə icra olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitmədiyindən, ərizə qəbul oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” dair xüsusi icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar