Məhkəmə qərarları › İş №2(010)-4679/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4679/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4679/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X4nın 03.04.2021-ci il tarixində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun X4 ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq onunla ünvan 2 ünvanında yaşamışdır. X4 “Qalxan çənbər bağırsağın karsinoması. Peritoneal kanseromatoz.” və “Mədə karsinoması” diaqnozu bədxassəli xərçəng xəstəliyindən əziyyət çəkmiş və Milli Onkologiya Mərkəzində kimyaterapiya müalicəsi almışdır. Aparılan müalicələr nəticə verməmiş, son aylar ev şəraitində ağrıkəsicilərlə müalicə olunmuşdur. Lakin bunlara baxmayaraq X4nın 03.04.2021-ci ildə evdə halı pisləşmişdir. O təcili tibbi yardım çağırmış, lakin gələn təcili tibbi yardım həkimləri anasının vəfat etdiyini bildirmişlər və ona “ölüm haqqında xəbərdarlıq vərəqəsi” vermişlər. O, anasını həmin arayış əsasında dəfn etmiş və yas mərasimini verdikdən sonra ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsi üçün poliklinikaya müraciət etmişdir. Lakin tibb müəssisəsi ona anasının ölümü haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən imtina etmiş və imtinanı onunla əsaslandırmışlar ki, o, (ərizəçi) poliklinikaya gec müraciət etmişdir. Gec müraciətinin səbəbi isə o olmuşdur ki, anasının vəfatı onu şok vəziyyətinə salmışdır. Qeyd edilən tibbi arayışı təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi ona anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin alınması dəfn müavinətinin alınması və digər sənədləşmə işlərinin aparılması zərurəti ilə bağlı vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə 3-4 ildir ki qonşudurlar. Vəfat etmiş X9 Ərizəçi anası idi. X9 xərçəng xəstəliyindən əziyyət çəkirdi və mərhum 03.04.2021-ci il tarixdə vəfat etdi. Mərhumu Neftçala rayonu, İsmilli qəbrstanlıqda dəfn etmişlər. Digər şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X9 onun qaynanasıdır. Qaynanası xərçəng xəstəliyindən əziyyət çəkirdi və o, 6-7 ay idi ki, onun vəziyyəti ağırlaşmışdır. Onun halı pisləşən zaman ona təcili tibbi yardım çağırılmış, buna baxmayaraq o 03.04.2021-ci il tarixdə vəfat etmişdir. Onu Neftçala rayonu, İsmilli qəbrstanlıqda dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, X5 02.08.2021-ci il tarixli, 663 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul köndələn 3 küçəsindəki fərdi yaşayış evində qeydiyyatsız yaşamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölümü faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Təcili və X6 Stansiyası tərəfindən verilmiş 03.04.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X7 adına 03.04.2021-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 22.02.1977-ci il il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-ci ildə anadan olmuşdur. X1, anası Həmzəyeva (Rzayeva) Elmira Rza qızıdır. İş materiallarına əlavə edilmiş Neftçala rayonu, Neftçala Bələdiyyəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 23.02.1947-ci il təvəllüdlü X9 03.04.2021-ci ildə Neftçala rayonu, İsmilli qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X7 03.04.2021-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.02.1947ci il təvəllüdlü X7 03.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 23.02.1947-ci il təvəllüdlü X7 03.04.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar