Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4694/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *928-ci ildə doğulmuş atası X3 *7.06.*997-cı ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, *928-ci ildə Lerik rayonunda doğulmuş atası X4 *7.06.*997-ci ildə Bakı şəhərində Hövsan qəsəbəsində özünün hazırda yaşadığı evdə vəfat etmiş və həmin qəsəbə qəbiristanlığında da dəfn olunmuşdur. Atası vəfat edən zaman 69 yaşı olmuşdur. Həmin vaxt Bakı şəhərinə təzə köçdüyünə görə və qarışıqlıq dövrü olduğuna görə X8 şəhadətnamənin alınması üçün tibb müəssisəsinə və qeydiyyat şöbəsinə müraciət etməmişdir. Hazırda atasının X8 şəhadətnaməsinin verilməsi üçün ərizə ilə 23 nömrəli şəhər Poliklinikasına müraciət etməsinə baxmayaraq ona imtina məktubu verilmişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Hazırda daşınmaz əmlakla bağlı sənədləşdirmə işləri üçün də *997-ci ildə vəfat etmiş atasının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Atasının ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şərifov Həsən-Ağa Səfər oğlu ifadəsində göstərdi ki, o, Ərizəçi həm bacanağıdır, həm qonşusudur. Onlar Hövsan qəsəbəsində Zeytun sovxozunda yaşayırlar. Hövsan qəsəbəsində yaşadıqları zaman ərizəçinin atası Talıbov Bilal vəfat etmiş və Hövsan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, o, Ərizəçi həm yerlisi, həm qonşusu və qohumudur. Həm özü, həm də ərizəçi ailəsi ilə birlikdə Hövsan qəsəbəsi, Zeytun sovxozunda yaşayırlar. Ərizəçi atası Bilal Talıbov *997-ci ildə vəfat edib, dəqiq ay yadında deyil, lakin yay ayları idi. Hövsan qəsəbəsində yaşadıqları evdə vəfat etmiş və Hövsan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *6.09.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Ərizəçi *7.06.*997-ci ildə vəfat etmiş atası X4 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə *6.09.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 23.08.20*3-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi 25.03.*955-ci ildə doğulmuş və valildeynləri X4 və X5r. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *6.09.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X3 barəsində Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında ilkin akt qeydləri *994-2000-ci ildə yoxlanılmışdır. 23 №-li şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Suraxanı rayonu Hövsan qəsəbəsi, * nömrəli Zeytun sovxozu, döngə 2, ev 6 ünvanında yaşamış, *7.06.*997-ci il tarixində vəfat etmiş atası, *928-ci il təvəllüdlü X4 üçün 23 nömrəli Şəhər Poliklinikasına vaxtında müraciət edilmədiyinə görə X8 Şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası - *928ci il təvəllüdlü X4 *7.06.*997-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi atasının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi atası barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəliklə bağlı müraciət etməsi üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *928-ci il təvəllüdlü X3 *7.06.*997-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *928-ci il təvəllüdlü X3 *7.06.*997-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4694/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4694/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver