Məhkəmə qərarları › İş №2(010)-4702/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4702/2023

06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4702/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.03.*988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş *0.09.*990-cı il təvəllüdlü oğlu X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, *0.09.*990-cı il təvəllüdlü oğlu X3 06.03.20*8-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

3. O, Ərizəçi hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşayır. *0.09.*990-cı il təvəllüdlü mərhum oğlu Vəliyev Vəli-zadə Orxan Əliş oğlu anadangəlmə imbesitlik dərəcəsində ağıl zəyifliyi, sağ ağciyərin infıltrtiv vərəmi” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum oğlu Vəliyev Vəli-zadə Orxan Əliş oğlu 06.03.20*8-ci il tarixində Bakı şəhəhərində avtomobildə olarkən vəfat etmişdir. Həmin dəqiqə ətrafdakı insanlar növbətci həkim çağırmış və həkim gələnədək oğlu artıq keçinmiş, həmin vaxtı mərhum oğlumun cəsədinin yarılması təklif olunmuş, lakin o, razılıq vermədiyi üçün oğlunun ölümü barədə təcili yardım arayışı verməmişdirlər. Bu səbəbdən də bugünə kimi oğlunun ölüm şəhadətnaməsini ala bilməmişdir. Oğlu 2* Saylı Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olduğu üçün oradan həkim arayışı verilməsini xahiş etmişdir. Lakin mərhumun ölümü barədə təcili yardım arayışı olmadığı üçün ona həkim şəhadətnaməsi verilməmişdir. Bundan sonra Bakı Şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, lakin ölüm kağızı verilməmiş və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər.

Tərəflərin izahatları

4. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

6. XV-ЖГ seriyalı, 364899 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 *0.09.*990-cı il tarixdə anadan olmuşdur. X9, anası Ərizəçidır.

7. AR Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 594 nömrəli arayışından görünür ki, X* qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur.

8. Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, *0.09.*990-cı il təvəllüdlü X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

9. AR TƏBİB Bakı BSM-nin 2* nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023cü il tarixli, *99 nömrəli məktubundan görünür ki, Ramana qəsəbəsi, M.Qafarov küçəsi, ev 4 ünvanında yaşamış *0.09.*990-cı il təvəllüdlü X5 23.05.*995-ci il tarixdən 2* nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “anadangəlmə imbesitlik dərəcəsində ağıl zəifliyi, sağ ağciyərin infiltrtiv vərəmi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Mərhum 09.02.20*5-ci il tarixdən yaşadığı ərazini dəyişərək Zabrat qəsəbəsində yaşamışdır. Onun ölümünü təsdiq edən X8 xəbərdarlıq vərəqi və hər hansısa bir sənəd təqdim olunadığından forma *06ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. *0. AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin 03.**.2023-cü il tarixli, 63 nömrəli məktubundan görünür ki, 06.03.20*8-ci il tarixdə, axşam saatlarında birliyin Sabunçu rayon şöbəsinin tibb eksperti X2 bilinən şəxsin Sabunçu rayonu, Xəyal ticarət mərkəzinin yaxınlığında ölməsi faktı ilə bağlı rayon prokurorluğu və polis əməkdaşları ilə birlikdə hadisə yerində olmuş və mərhumun meyiti məhkəmə - tibbi ekspertizadan keçirmək üçün şöbənin meyitxanasına gətirilmiş, mərhum *0.09.*990-cı il təvəllüdlü X3 atası məhkəmə-tibbi ekspertizasının keçirilməsindən qəti imtina etməsi, heç bir şikayətinin olmaması və ölüm haqqında tibbi şəhadətnaməni alacağını bildirmiş və bu səbəbdən şöbədə meyitinin ekspertizası aparılmamış və qeydiyyata alınmamışdır. **. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* bildirdi ki, mərhum X5 xəstəlikdən əziyyət çəkirdi. Hadisə zamanı o da morqda olmuş və mərhumun meyidini görmüşdür. *2. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, ərizəçinin gəlinidir. X5 uzun müddət vərəm xəstəliyindən əziyyət çəkirdi. Hadisə mərhum avtomobildə olarkən baş vermişdir.O, dəfn mərasimində iştirak etmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, *0.09.*990-cı il təvəllüdlü X5 06.03.20*8-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, *0.09.*990-cı il təvəllüdlü X3 06.03.20*8-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.09.*990-cı il təvəllüdlü X3 06.03.20*8-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. 2*. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi:

Ərizə təmin edilsin. *0.09.*990-cı il təvəllüdlü X3 06.03.20*8-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar