Məhkəmə qərarları › İş №2(010)-4738/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4738/2022

01.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4738/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Qasımov Anar Adil oğlunun sədrliyi, X*7 qızının katibliyi, Ərizəçi Silageldiyevnanın nümayəndəsi X* iştirakı ilə, Ərizəçi Silageldiyevnanın “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Silageldiyevna "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 0*.07.*940-ci il təvəllüdlü X4 *4.04.2020-ci ildə vəfat etməsi faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, *4.04.2020-ci il tarixədək mərhum X6 baxmışdır və bütün qayğılarını o çəkmişdir. Nəticəsidir ki, heç kimsəsi olmadığından mərhum X*2 özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən evi ona-Ərizəçi Silageldiyevnaya vəsiyyət etmişdir. Vəsiyyətnamə 4 saylı Bakı "Asan Xidmət" mərkəzindəki notarius X7 tərəfindən tərtib və təsdiq edilmişdir. X*3 *4.04.2020-ci il tarixində vəfat etmiş və Suraxanı rayonu Əmircan qəsəbəsi Məktəbli küçəsində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Sonradan o, X4 ölüm şəhadətnaməsini almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi 535-05/70 saylı *7.06.2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. Qeyd edilən imtinanı aldıqdan sonra *3 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət edilmişdir və X8 ölümü haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin *3 saylı Birləşmiş şəhər xəstəxanası 27* saylı *6.09.2022-ci il tarixdə imtina ilə bildirmişdir ki, xəstənin yaxınlarının müraciəti olmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. Məhz bu səbəbdən X8 xx.xx.2020-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi Silageldiyevnanın nümayəndəsi X2 “ölüm faktının müəyyən olunması" tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İşin materialları ilə müəyyən olunur ki, X*3 0* iyul *940-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X*4 bildirdi ki, Ərizəçi Silageldiyevna onun qonşusudur, o, (Ərizəçi Silageldiyevna) X6 qulluq etmiş, onun hər bir tələbatını ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 şahid X9 ifadəsində qeyd olunmuş xüsusatları təsdiq etmişdir. İşin materiallarına əlavə olunmuş Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzindəki Notariat kontorunun notariusu X7 tərəfindən təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, X*2 özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən evi Ərizəçi Silageldiyevnaya vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *7 iyun 2022-ci il tarixli məktubdan görünür ki, X*3 barəsində Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 “Bakı Baş Səhiyyə Mərkəzi” X22 *3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının *6.09.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X4 yaxınları *3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etmədiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu “İmam Cümə” məscidi dini icmasının 20 iyun 2022-ci il tarixli arayışından görünür ki, 0*.07.*940-cı il təvəllüdlü X*3 *4.04.2020-ci il tarixdə Bakı şəhəri Əmircan qəsəbəsi Məktəbli küçəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 0* iyul *940-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş X4 *4 aprel 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi Silageldiyevnanın ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0* iyul *940-cı ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş X4 *4 aprel 2020-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X4 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən * ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar