Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-476/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı “avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mülkiyyət hüququ üzrə ona məxsus «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehlər Cavabdeh1 Sofıq oğlunun, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən alınıb ona verilməsi və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mülkiyytində olan «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) xx.xx.2022-ci il tarixdə üzərində sərəncam vermək hüquqi ilə etibarlılıq müddəti ilə xx.xx.2023-cü il tarixədək olan etibarnamə əsasında Cavabdeh1 istifadəsinə vermişdir. Lakin sonuncu aralarında razılaşdırılmış pul məbləğini ona ödəmədən və onu xəbərdar etmədən həmin avtomobili xx.xx.2023-cü il tarixdə onun adından etibarlılıq müddəti xx.xx.2023-cü il tarixədək olan etibarnamə əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadəsinə vermişdir. İddiaçının adından cavabdehlər Cavabdeh2 və Cavabdeh3 verilmiş etibarnamənin müddətinin xx.xx.2023-cü il saat 00:00-da bitməsinə və dəfələrlə həmin cavabdehlərdən avtomobilin ona qaytarılmasını tələb etməyinə baxmayaraq, onlar avtomobili ona qaytarmaqdan yayınaraq, etibarnaməsiz avtomobili idarə etməklə, çoxsaylı yol-hərəkəti qaydaları pozuntusu törətmişlər. Lakin onların yol-hərəkəti qaydalarını pozması ilə bağlı olan inzibati xətalara görə inzibati protokollar qanunsuz olaraq onun üzərinə tərtib edilmiş və barəsində inzibati cərimə növündə inzibati cəza tətbiq edilməsi barədə çoxsaylı qanunsuz qərarlar qəbul edilmişdir. Beləliklə, işin halları və istinad edilən maddi hüquq normalarına əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ona verilməlidir. Bununla yanaşı, iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 (yüz) manat və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin verilməsinə görə isə tərəfindən ödənilmiş 10 (on) manat olmaqla, ümumilikdə ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini xx.xx.2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək etibarnamə əsasında Cavabdeh1 vermişdir. Lakin sonuncu pulu ona tam ödəmədən və onu xəbərdar etmədən həmin avtomobili xx.xx.2023cü il tarixdə onun adından xx.xx.2023-cü il tarixədək etibarnamə əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadəsinə vermişdir. Adından cavabdehlərə verilmiş etibarnamənin müddəti bitməsinə və avtomobilin ona qaytarılmasını iddiaçının tələb etməyinə baxmayaraq, onlar avtomobili ona qaytarmaqdan yayınmışlar və çoxsaylı yolhərəkəti qaydaları pozuntusu törətmişlər. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş və ona avtomobildən istifadə nəticəsində ziyan dəymişdir. Odur ki,qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən avtomobilə dair etibarnamə onun adına verilsə də, lakin həmin avtomobili Həsən adlı şəxs onun adına üzərində sərəncam vermək hüququ ilə etibarnamə əsasında əldə etmişdir. Daha sonra Həsən həmin avtomobili Cavabdeh2 satmış və ona bununla bağlı olaraq etibarnamə vermişdir. Hal-hazırda avtomobilin onun istifadəsində olmadığını qeyd edərək iddia tələbinin ona aid hissədə rədd olunmasını xahiş etmişdir.
5. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
İş materialları.
6. “Elektron Notariat” X1 çıxarılmış Çıxarışın surətindən müəyyən olunur ki, mülkiyyətçi İddiaçı «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək əsasında etibar edən Cavabdeh1 tərəfindən etibar edilən Cavabdeh2 etibarnamə verilmişdir.
7. “Elektron Notariat” X1 çıxarılmış Çıxarışın surətindən müəyyən olunur ki, mülkiyyətçi olan İddiaçı «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, nəqliyyat vasitəsindən istifadə etmək üçün etibar edən Cavabdeh2 etibar edilən Cavabdeh3 etibarnamə verilmişdir.
İşin faktiki halları.
8. İşin faktiki hallarından görünür ki, «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) İddiaçı mülkiyyətindədir. Həmin avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək əsasında etibar edən Cavabdeh1 tərəfindən etibar edilən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək etibarnamə verilmişdir. Bundan əlavə həmin avtomobilə dair xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, nəqliyyat vasitəsindən istifadə etmək üçün etibar edən Cavabdeh2 tərəfindən etibar edilən Cavabdeh3 etibarnamə verilmişdir. Avtomobilə dair verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
10. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
12 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından görünür ki, «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) İddiaçı mülkiyyətindədir. İddiaçı qeyd edir ki, sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək əsasında həmin avtomobili xx.xx.2023-cü ilə kimi Cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh1 ilə iddiaçı arasında avtomobilə dair razılaşdırılmış pul məbləği ona ödənilməmişdir. Sonradan Cavabdeh1 tərəfindən Cavabdeh2 etibarnamə verilmişdir. Daha sonra isə Cavabdeh2 tərəfindən onun həyat yoldaşına avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilmişdir.
15. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli avtomobilə dair iddiaçı tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək kimi səlahiyyətlər verilməklə etibarnamə əsasında Cavabdeh1 sahibliyinə verilmişdir. Cavabdeh tərəf həmin avtomobilin cavabdehə şifahi qaydada satıldığını və buna dair etibarnamə verildiyini bildirsə belə, məhkəmə hesab edir ki, həmin alqı-satqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
16. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.
17. Məhkəmə hesab edir ki, avtomobil etibarnamə əsasında sonuncu olaraq Cavabdeh2nın və Cavabdeh3 istifadəsinə və sahibliyinə verildiyindən və etibarnamənin müddəti bitdiyindən həmin avtomobil onlardan alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) İddiaçı mülkiyyətində olduğundan, nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılmalı və ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. «HYUNDAİ ACCENT» markalı, ** RT *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 2008, mühərrik № 050448, ban № NLHCM41AP8Z104990) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş - 100 (yüz) manat dövlət rüsumu Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Leyla Talıbova