Məhkəmə qərarları › İş №2(010)-4828/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4828/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4828/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Әrizəçi Әrizəçi iştirakı ilə, Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Әrizəçi Әrizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *4.0*.*956-cı il təvəllüdlü X2 *8.07.20*0-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Әrizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, həyat yoldaşı X7 *4.0*.*956-cı ildə Naxçıvan MR Sədərək rayonunda doğulmuşdur. Həyat yoldaşı bir müddət idi ki, şəkərli diabet xəstəlikdən əziyyət çəkirdi. Məhz bu səbəbdən həyat yoldaşı *8.07.20*0-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Sonradan həyat yoldaşının ölüm şəhadətnaməsini almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Suraxanı rayon Qeydiyyat Şöbəsi 3-*6-5/7- 5*7/2023 saylı xx.xx.2023-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, o, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri-mümkündür, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməsini məsləhət görmüşlər. Həyat yoldaşının ölümünü təsdiq edən tibbi şəhadətnaməni almaq üçün ərazi üzrə 23 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin qeyd edilən tibb müəssisəsi 460 saylı 06.*0.2023-cü il tarixli cavabla bildirmişdir ki, *4.0*.*956-cı il təvəllüdlü X5 23 nömrəli Şəhər Poliklinikasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhz bu səbəbdən həyat yoldaşı X7 *8.07.20*0-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi zəriridir. Ona həyat yoldaşının *8.07.20*0-cu-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktı miras (vərəsəlik) məsələsi ilə bağlı lazımdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə 25.**.2023-cü il tarixli məktub ünvanlayaraq, *3.*2.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sadıqova xalidə Şəmil qızı ifadəsində göstərdi ki, o, Әrizəçi qızıdır. Anası və atası birlikdə Hövsan qəsəbəsi, Çöllük küçəsindəki evdə yaşayırdı. Mərhum anası X3 astma xəstəliyi vardı. Anası nəfəs ala bilmirdi, infark keçirdiyindən *8.07.20*0-cu il tarixdə vəfat etdi. Anası vəfat edəndə özü evdə olmamış və vəfatından *0 dəqiqə sonra bilmişdir. X** qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Әrizəçi ilə kəndçidir. O, tez-tez Şəmillə görüşərək nərd oynayırdılar. Şəmil həmişə bildirirdi ki, arvadı xəstədi. Mərhum 20*0-cu ilin iyul ayının *7-də vəfat edib. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Hətta mərhumun dəfn olunması üçün torpaq yerinin götürülməsində özü şəxsən iştirak etmişdir. Ayın 20-də qızının toyu olmalıdı idi. Hətta qızının toyunda mərhumun adına quran oxutdurmuşlar. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli Әrizəçi ünvanlanmış məktubdan görünür ki, onun *8.07.20*0-cu il tarixdə vəfat etmiş arvadı X2 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə baxılmıŞdır. X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 3*,*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında tibbi şəhadətnamə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 23 nömrəli Şəhər poliklinikasının 06.*0.2023-cü il tarixli məktubundan görünür ki, Suraxan rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ev *3* D ünvanında yaşamış *4.07.256-cı il təvəllüdlü X5 23 nömrəli Şəhər Poliklinikasından Ölüm X4 verilməmişdir. Bakı şəhəri Təcili və X6 Stansiyasının sahə həkimi üçün xəbərdarlıq vərəqindən görünür ki, *8.07.20*0-cu il tarixdə X2 adına çağırış olmuş və çağırışa gələn həkim «qadın cinsli meyid» aşkar etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Әrizəçinın həyat yoldaşı X7 *8.07.20*0-cu il tarixində Bakı şəhərində vəfat etmişdir. Әrizəçinin həyat yoldaşının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi həyat yoldaşı barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə mirasın sənədləşməsi prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *4.0*.*956-cı il təvəllüdlü X2 *8.07.20*0-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Әrizəçinın həyat yoldaşının ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Әrizə təmin edilsin. *4.0*.*956-cı il təvəllüdlü X2 *8.07.20*0-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar