Məhkəmə qərarları › İş №2(010)-4846/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4846/2022

12.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4846/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi və Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *2.09.*990-cı il tarixdə doğulmuş oğlu X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Suraxanı rayonu, Günəşli qəsəbəsi, A/B massivi, ev *3*, mənzil 22-də qeydiyyatda olan *2.09.*990-cı il tarixdə doğulan oğlum X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Oğlum rəhmətə getdiyindən mən və ailə üzvlərimiz çox pis olduğumuz üçün hər hansı ölüm haqqında şəhadətnamə götürə bilməmişik. Oğlum rəhmətə getdikdən sonra biz onu Biləsuvar rayonu, Yeni Günəşli kəndində yerləşən qəbiristanlıqda dəfn etmişik. Son vaxtlar isə mən sənədləşmə aparmaq istədikdə məndən oğlum barədə hər hansı məlumat istədilər və mən oğlumun rəhmətə getdiyini bildirdikdə məndən ölüm haqqında şəhadətnamə istədilər. Mən isə bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etsəm də mənim əlimdə əsaslı sənədlər olmadığı üçün müraciətimdən imtina edilmiş və mənə bildirmişlər ki, *2.09.*990-cı il tarixdə doğulan oğlum X4 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə, ölüm haqqında şəhadətnamə mənə bir çox sənədləşmə işlərində lazım olur. Məlumat üçün bildirirəm ki, mənim oğlum X9 hazırda həbsdə olduğu üçün məhkəməyə mən müraciət etmişəm. Oğlumun ölüm faktını şahidlər, qəbirüstü abidənin fotoşəkli də təsdiq edə bilər”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum oğlu Rəşad Quliyev taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, öldüyü günün gecəsi saat *2-də evə gəlmiş, saat 2-yə 5 dəqiqə qalmış gəlini yanına gələrək, Rəşadın mətbəxdə yıxıldığını bildirmişdir. Bundan sonra təcili yardıma zəng etmişlər, lakin təcili yardım maşını gec gəldiyi üçün onu taksi ilə Sabunçu xəstəxanasına çatdırmışlar. Orada isə artıq gec olduğunu və oğlunun öldüyünü bildirmişlər. Həkim oğlunun ürəktutma səbəbindən öldüyünü demişdir. Onun vəfatından sonra ailəlikcə başları qarışıq olduğundan oğlunun ölümü ilə bağlı sənəd ala bilməmişlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, ərizəçinin oğlu Rəşad Quliyev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt ərizəçinin başı qarışıq olduğundan ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bununla bağlı sonradan qeydiyyat orqanına müraciət etsə də məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

5. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. Bakı şəhəri Lenin rayon Bilgəh qəsəbə soveti tərəfindən 28.09.*990-cı il tarixdə verilmiş, XV- JQ seriyalı, 3646** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (ata X8 və ana Ərizəçi) *2.09.*990-cı il tarixdə Azərbaycan SSR, Bakı şəhəri, Lenin rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.09.*990-cı il tarixdə 87 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9**-05/70 saylı məktubdan görünür ki, X6 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamış, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkün olmuşdur.

8. Biləsuvar rayon Günəşli bələdiyyəsi tərəfindən verilmiş *9.09.2022-ci il tarixli, 22 saylı arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə həmin kənddə qohumları yaşadığı üçün Günəşli kənd qəbiristanlığında dəfn olunmuşdur.

9. *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 58* saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB massivi, ev *3*, mənzil 22 ünvanında yaşamış, *2.09.2022-ci il təvəllüdlü mərhum – X2 həkiminə müraciəti olmadığına görə, eyni zamanada ambulator kartası olmadığı üçün ona ölüm haqqında şəhadətnamə vermək mümkün olmamışdır.

Şahid ifadələri.

*0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 bildirdi ki, ərizəçi onun xalası gəlinidir. Onun oğlu Rəşad təxminən üç ay əvvəl rəhmətə getmişdir. Həmin gecə saat 3-4 arası ona zəng gəlmiş, Rəşadın öldüyü deyilmişdir. Xəbəri aldıqdan sonra onların evinə doğru yola düşmüş, evə çatdıqda evin qarşısında qohum-qonşuların yığışdığını görmüşdür. Mərhum qohum-əqrəba orada dəfn olunduğu üçün Biləsuvar rayonunda dəfn olunmuşdur. Nədən öldüyünü dəqiq bilməmiş, amma eşitmişdir ki, işdən gəldikdən sonra yemək yediyi yerdə infarkt vurmuşdur. **. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*0 bildirmişdir ki, Ərizəçi onun xalasıdır. Xalasının üç övladı olmuş, Rəşad adlı oğlu təxminən beş ay əvvəl rəhmətə getmişdir. Həmin gün xalası gecə saat 2 radələrində ona zəng edərək, oğlu Rəşadın vəziyyətinin pis olduğunu demişdir. Bundan sonra o, xalasıgilə getmiş, evə çatdıqda taksiyə mindiklərini görmüş və birlikdə mərhumu Sabunçu xəstəxanasına aparmışlar. Orada Rəşada elektroşok verilmiş, lakin onu həyata qaytarmaq mümkün olmamışdır. Həkimlərin dediyinə görə o, ürəktutmadan vəfat etmişdir. Ölümündən sonra Biləsuvar rayonunda dəfn edilmişdir.

İşin faktiki halları.

*2. Ərizəçi oğlu *2.09.*990-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi və onun vəkili ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında dediklərini təsdiq etmişdir.

Tətbiq edilən hüquq.

*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən oğlu X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi bələdiyyədən arayışla da təsdiq edilmişdir. *9. Göründüyü kimi, ərizəçinin oğlu X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *2.09.*990-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. 2*. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *2.09.*990-cı il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar