Məhkəmə qərarları › İş №2(010)-4848/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4848/2020

23.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4848/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, siyahıda adları qeyd edilmiş cehiz-əmlaklarının geri qaytarılması, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan 17410 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi, qeyd edilən qızıl-zinət əşyalarının ona geri qaytarılması, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların dəyəri olan 7590 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsi və birgə nikah dövründə əldə olunmuş iddiaçı ilə cavabdehin ümumi mülkiyyəti sayılan “Opel Vectra” markalı, **-NT-*** dövlət qeydiyat nişanlı avtomobilin ümumi dəyəri olan 7000 manat məbləğin yarı hissəsinin, yəni 3500 manat hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh - Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu barədə AZ-İ 977436 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə xassiyyətinin uyğun gəlməməsi səbəbindən ailə münasibətləri faktiki pozulduğundan iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, həmin iş hal-hazırda Xəzər Rayon Məhkəməsinin icraatındadır. Cavabdehlə ailə münasibətləri faktiki olaraq pozulduğundan ona məxsus olan və hal-hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs, Şərq y/s, döngə 3, ev 3-də saxlanılan cehiz əmlakları ona qaytarılmalıdır. Onun qızıl-zinət əşyaları, hədiyyələri, geyim paltarları, cehiz əşyaları, ümumiyyətlə ona məxsus bütün əşyalar cavabdehlərin evində qalmışdır. Həmin qızıl-zinət əşyaları və cehiz italiyan qızılından olan 2,61 karat, 35,10 qram çəkidə 7000 manat dəyərində qızıl dəsti (boyunbağı, sırğa, üzük və qolbağ), dəyəri 200 manat olan 3 qram çəkidə Versace markalı sarı qızıl sırğa, dəyəri 240 manat olan 3,5 qram çəkidə sarı qızıl boyunbağı, dəyəri 150 manat olan qızıl sırğalar; dəyəri 4000 manat olan qonaq mebel dəsti, dəyəri 3000 manat olan yataq mebel dəsti, dəyəri 1100 manat olan zal divanı, dəyəri 150 manat olan zal divan stolu, dəyəri 650 manat olan mətbəx stolu, dəyəri 1500 manat olan soyuducu, dəyəri 530 manat olan elektrikli soba, dəyəri 600 manat olan televizor, dəyəri 1000 manat olan 4 ədəd pərdə (zal, yataq otağı, mətbəx), dəyəri 230 manat olan 3 ədəd çılçıraq, dəyəri 350 manat olan uşaq yatağı, dəyəri 340 manat olan 5 ədəd xalça, dəyəri 70 manat olan tozsoran, dəyəri 35 manat olan ütü, dəyəri 50 manat olan elektrikli qazan, ümumi dəyəri 1350 manat olan 3 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balınc, 1 ədəd uşaq üçün yorğan döşək, ümumi dəyəri 250 manat olan 2 ədəd qazan dəsti, ümumi dəyəri 17 manat olan 2 ədəd vedrə, dəyəri 20 manat olan çaynik, dəyəri 40 manat olan ədviyyat qabları, dəyəri 70 manat olan bir ədəd padnos dəsti, ümumi dəyəri 31 manat olan aşsüzən, tyorka, çörək qabı, doğramaq üçün taxta, kauçuk qabı, dəmir qab, dəyəri 110 manat olan 5 ədəd sok bakalları, ümumi dəyəri 500 manat olan yemək, çay kofe dəstləri, dəyəri 100 manat olan çəngəl bıçaq dəsti, ümumi dəyəri 150 manat olan 3 ədəd dekorativ vazlar, dəyəri 30 manat olan gülqabı, ümumi dəyəri 220 manat olan 4 ədəd adyal, 2 uşaq adyalı, ümumi dəyəri 150 manat olan 4 ədəd pastel dəsti, ümumi dəyəri 195 manat olan 8 ədəd hamam dəsmalları, 12 ədəd əl dəsmalı, 12 ədəd çay dəsmalı, ümumi dəyəri 350 manat olan 12 ədəd xrustal çay stəkanı, 12 ədəd armudu stəkan, 4 ədəd nəlbəki; ümumi dəyəri 40 manat olan 4 ədəd konfet qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd kül qabı; dəyəri 50 manat olan yemək qabları, ümumi dəyəri 32 manat olan meyvə qabı və araq stəkanları, ümumi dəyəri 100 manat olan 4 ədəd süfrə,12 ədəd asılqandan ibarət olmuşdur. Eyni zamanda birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə onun arasında razılıq əldə olunmamışdır. Birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə “Opel Vectra” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həmin avtomobilin dəyəri 7000 manat təşkil edir. Ona görə də məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə verərək iddia tələbini qismən qəbul etdiyini bildirib qeyd etdi ki, cehiz əşyaları və qızıl-zinət əşyaları ilə bağlı hissələrdə iddia tələbi ilə razıdır. Qalan hissədə isə iddianı qəbul etmir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, baxılan iş üzrə iddiaçı ona məxsus, iddia ərizəsində sadalanan qızıl-zinət, məişət və geyim əşyalarının, həmçinin cehiz əmlaklarının qaytarılmasını tələb edir. İddiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə fotoşəkillər təqdim etmişdir. Bundan başqa, cavabdeh qızıl-zinət əşyaları və cehiz əmlakla bağlı hissədə iddianı qəbul edərək etiraf etmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə həmin ərizə və cavabdehin izahatını iddianın etirafı kimi qiymətləndirərək qeyd edir ki, MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, iddia qızıl-zinət əşyaları və cehiz əmlakla bağlı hissədə cavabdeh tərəfindən etiraf edildiyindən iddia bu hissədə təmin olunmalıdır. Lakin iddia birgə nikah dövründə əldə edildiyi iddia edilən “Opel Vectra” markalı, ** NT *** qeydiyyat nişanlı avtomobilin bölünməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bu avtomobilin birgə nikah dövründə əldə edildiyi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə hesab edir ki, qızıl-zinət əşyaları və cehiz əmlakla bağlı hissədə cavabdeh iddianı etiraf etdiyindən iddia bu hissədə təmin edilməli, 2,61 karat, 35,10 qram çəkidə 7000 manat dəyərində qızıl dəsti (boyunbağı, sırğa, üzük və qolbağ), dəyəri 200 manat olan 3 qram çəkidə Versace markalı sarı qızıl sırğa, dəyəri 240 manat olan 3,5 qram çəkidə sarı qızıl boyunbağı, dəyəri 150 manat olan qızıl sırğalar, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri dəyəri olan 7590 manat məbləğində pul; 4000 manat olan qonaq mebel dəsti, dəyəri 3000 manat olan yataq mebel dəsti, dəyəri 1100 manat olan zal divanı, dəyəri 150 manat olan zal divan stolu, dəyəri 650 manat olan mətbəx stolu, dəyəri 1500 manat olan soyuducu, dəyəri 530 manat olan elektrikli soba, dəyəri 600 manat olan televizor, dəyəri 1000 manat olan 4 ədəd pərdə (zal, yataq otağı, mətbəx), dəyəri 230 manat olan 3 ədəd çılçıraq, dəyəri 350 manat olan uşaq yatağı, dəyəri 340 manat olan 5 ədəd xalça, dəyəri 70 manat olan tozsoran, dəyəri 35 manat olan ütü, dəyəri 50 manat olan elektrikli qazan, ümumi dəyəri 1350 manat olan 3 ədəd yorğan, 3 ədəd döşək, 8 ədəd balınc, 1 ədəd uşaq üçün yorğan döşək, ümumi dəyəri 250 manat olan 2 ədəd qazan dəsti, ümumi dəyəri 17 manat olan 2 ədəd vedrə, dəyəri 20 manat olan çaynik, dəyəri 40 manat olan ədviyyat qabları, dəyəri 70 manat olan bir ədəd padnos dəsti, ümumi dəyəri 31 manat olan aşsüzən, tyorka, çörək qabı, doğramaq üçün taxta, kauçuk qabı, dəmir qab, dəyəri 110 manat olan 5 ədəd sok bakalları, ümumi dəyəri 500 manat olan yemək, çay kofe dəstləri, dəyəri 100 manat olan çəngəl bıçaq dəsti, ümumi dəyəri 150 manat olan 3 ədəd dekorativ vazlar, dəyəri 30 manat olan gülqabı, ümumi dəyəri 220 manat olan 4 ədəd adyal, 2 uşaq adyalı, ümumi dəyəri 150 manat olan 4 ədəd pastel dəsti, ümumi dəyəri 195 manat olan 8 ədəd hamam dəsmalları, 12 ədəd əl dəsmalı, 12 ədəd çay dəsmalı, ümumi dəyəri 350 manat olan 12 ədəd xrustal çay stəkanı, 12 ədəd armudu stəkan, 4 ədəd nəlbəki; ümumi dəyəri 40 manat olan 4 ədəd konfet qabı, 1 ədəd mürəbbə qabı, 1 ədəd kül qabı; dəyəri 50 manat olan yemək qabları, ümumi dəyəri 32 manat olan meyvə qabı və araq stəkanları, ümumi dəyəri 100 manat olan 4 ədəd süfrə,12 ədəd asılqan, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 17410 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus 17410 manat dəyərində olan cehiz əşyaları və 7590 manat dəyərində olan qızıl-zinət əşyaları, həmin əmlaklar mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar