Məhkəmə qərarları › İş №2(010)-4854/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4854/2024

20.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4854/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, *6.02.*993-cü il təvəllüdlü X*nun 0* iyun *993-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. X* *6.02.*993-cü ildə doğulmuş, 0*,06.*993-cü ildə isə vəfat etmişdir. Atası *7.*0.*960-cı il təvəllüdlü X*4 30.05.202*-ci ildə, anası 20.05.*964-cü il təvəllüdlü X*0 isə 0*.**,2023-cü ildə vəfat etmiş, ailə üzvləri hər üçü atasının anadan olduğu Göyçay rayonu Hacalıkənd kənd qəbiristanlığında dəfn edilmişlər. O, vərəsəliklə bağlı notariat ofisinə müraciət edərkən məlum oldu ki, qardaşının *993-cü ildə vəfat etməsinə baxmayaraq, valideynləri ölüm faktını təsdiq edən sənədi almamışlar. Bu barədə Suraxanı rayon Qeydiyyat İdarəsinə müraciət etsə də, həmin idarənin verdiyi 22 may 2024-cü il tarixli 673-05/70 saylı arayışdan məlum oldu ki, ölüm haqqında akt qeydləri *993-*997-ci illər üzrə yoxlanılmış, X7 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ailə ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan qonşuları X8, X9 və X4 06 iyun 2024-cü ildə notarial qaydada ərizə verərək göstərmişlər ki, anası Leyla Mənsumova ilə *990-cı ildən qonşu olmuşlar, anasının *993-cü ilin fevral ayında oğlu olmuş, təcili yardım vasitəsilə xəstəxanaya aparılmış, körpə yarımçıq doğulduğu üçün OMD xəstəxanasında küvəzdə saxlanılması üçün aparılmış, 40 gün küvəzdə qaldıqdan sonra vəfat etmiş və Göyçay rayonu Hacıalıkənd kəndində dəfn edilmişdir. Göyçay rayon Qarabaqqal bələdiyyəsi tərəfindən verilmiş 29 may 2024-cü il tarixli 57 saylı arayışla müəyyən olunur ki, atası Natiq Hüseynov, anası Leyla Mənsumova və qardaşı X20 rayon Hacalıkənd kənd qəbristanlığında dəfn edilmişlər. Həmçinin Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri, həmin kəndin baş mühasibi və kənd sakini tərəfindən 29 may 2024-cü ildə tərtib edilmiş aktdan da müəyyən olunur ki, həmin bələdiyyənin əhatə etdiyi Hacalıkənd qqəbristanlığında Bakı şəhərində yaşamış X*4, X*0 və X*3 dəfn edilmiş və məzarları orada yerləşir. Göründüyü kimi, ata-anasının ölüm faktını təsdiq edən sənədləri alsa da, qardaşının *993-cü ildə vəfat etməsi barədə valideynləri vaxtında qeydiyyat orqanına müraciət etməməsi səbəbindən alınması mümkün olmamışdır. Qardaşının ölüm vaxtından 3 gün müddətində valideynləri müvafiq sənədləri təqdim etmədiklərinə görə, ölüm faktını təsdiq edən arxiv arayışını almaq mümkün olmamışdır. Bu barədə qeydiiyat şöbəsinə müraciət etsə də, Suraxanı rayon Qeydiyyat şöbəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda ona izah olunmuşdur ki, ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməlidir.

Tərəflərin izahatları

3. İş üzrə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*986-cı il tarixdə anadan olmuşdur. X3, anası X6r.

6. AR Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi X* *6.02.*993-cü il tarixdə anadan olmuş və 0*.06.*993-cü il tarixdə vəfat etmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, F.Hüseynov doğumdan qısa müddət sonra vəfat etmişdir və ölüm faktı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nm 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən X7 ölümünün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etmək tövsiyə edillmişdir.

8. Göyçay rayon Qarabaqqal kəndinin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Qarabaqqal Bələdiyyəsinin əhatə etdiyi Hacalıkənd kənd qəbristanlığında Bakı şəhərində yaşamış X*4, X*0 və X*3 dəfn edilmiş və məzarları burada yerləşir.

9. 43 nömrəli Şəhər Poliklinikasının **.09.2024-cü il tarixli məktubundan görünür ki, *6.02.*993-cü il təvəllüdlü X7 ölümü haqqında poliklinikada heç bir məlumat yoxdur. *0. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin **.09.2024-cü il tarixli məktubundan görünür ki, X*3 *6.02.*993-cü ildə doğulmuş, doğumu Suraxanı rayonu Hövsan qəsəbə icra nümayəndəliyi tərəfindən 09.03.*993-cü il tarixdə *0* saylı aktla qeydə alınmışdır. Həmçinin ərizənizə əsasən, F.Hüseynovun doğumdan qısa müddət sonra vəfat etdiyi və ölüm faktının qeydə alınmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*,*0.2003-cü il tarixii *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfmn 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən X7 ölümünün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etmək tövsiyə edillmişdir. **. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli sənədindən görünür ki, X7 ölüm haqqında ilkin akt qeydləri *993-*997-ci il üzrə yoxlanılmış və aşkar edilməmişdir. Ölüm haqqında bərpa akt qeydləri *994-20*3-cü illər üzrə yoxlanılmışdır. *2. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı *993-cü il tarixdə anadan olmuşdur. Doğulduqdan sonra 40 gün OMDdə qalmışdır və daha sonra orada vəfat etmişdir. Ərizəçinin qardaşı Göyçay rayonu Hacalıkənd kəndində dəfn edilmişdir. *3. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçinin anasının qonşusudur. Həmin uşaq doğulduqdan bir müddət sonra xəstəxanada vəfat etmişdir.

İşin faktiki halları *4. İş materialları ilə müəyyən edilir ki, *6.02.*993-cü il təvəllüdlü X*3 0* iyun *993-cü il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi *8. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *9. Məhkəmə hesab edir ki, *6.02.*993-cü il təvəllüdlü X7 0* iyun *993-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum qardaşının barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.

Məhkəmə xərcləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

2*. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *6.02.*993-cü il təvəllüdlü X7 0* iyun *993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi: Ərizə təmin edilsin. *6.02.*993-cü il təvəllüdlü X7 0* iyun *993-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar