Məhkəmə qərarları › İş №2(010)-4857/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4857/2022

26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4857/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək qardaşı 09.**.*975-ci il təvəllüdlü X6 *2.09.2022-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və qətnamənin icrasını Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək 09.**.*975-ci il təvəllüdlü X6 *2.09.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, ev *3*, mənzil 22 ünvanında qeydiyyatda olan ərizəçinin qardaşı 09.**.*975-ci il təvəllüdlü X*0 *2.09.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bununla bağlı ərizəçi qardaşının ölümü haqqında şəhadətnamə götürə bilməmişdir. X*0 vəfat etdikdən sonra onu Biləsuvar rayonu, Günəşli kəndində yerləşən qəbiristanlığda dəfn etmişlər. Son vaxtlar isə ərizəçi sənədləşmə aparmaq istədikdə ondan mərhum qardaşı barədə hər hansı məlumat istəmişlər və o, rəhmətə getdiyini bildirdikdə ondan ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. O, bununla bağlı ölüm haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ərizəçinin əlində əsaslı sənədlər olmadığı üçün ondan imtina edilmiş və ona bildirmişlər ki, 09.**.*975-ci il tarixdə doğulan qardaşı X6 ölümü haqqında hər hansı məlumat aşkar edilməmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ərizəçiyə bir çox sənədləşmə işlərində lazım olduğu üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid X** ifadə verərək bildirmişdir ki, o Ərizəçi ilə uzaqdan qohumdur. Belə ki, ərizəçinin qardaşı mərhum X*0 *2.09.2022-ci il tarixdə ölmüş və onu Biləsuvar rayonunda Günəşli kəndində yerləşən qəbrstanlıqda dəfn etmişlər. Mərhumun dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid X4 ifadə verərək bildirmişdir ki, Ərizəçi və mərhum X*0 onun xalası nəvəsidir. Belə ki, *2.09.2022-ci il tarixdə saat təxmini 3:00-4:00 radələrində ona zəng gəlmiş və o evə çatdıqda artıq X6 öldüyünü görmüşdür. O, həmin dəfn mərasimində iştirak etmiş və mərhum Emil Quliyevi *2.09.2022-ci il tarixdə Biləsuvar rayonunda Günəşli kəndində yerləşən qəbrstanlıqda dəfn etmişlər. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 23.**.2022-ci il tarixli məktubundan görünür ki, *2.09.2022-ci il tarixdə saat 03:29-da “*03” xidmətinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, ev *3*, mənzil 22 ünvanından məlumat şəxsin adına çağırış daxil olmuş, ünvanda X9 (47 yaş) məxsus kişi cinsli meyit aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Birliyi” Publik Hüquqi şəxs *5 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, ev *3*, mənzil 22 ünvanında yaşamış 09.**.*975-ci il təvəllüdlü mərhum X3 həkiminə müraciət olunmadığına görə, eyni zamanda ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi *2.09.2022-ci il tarixdə vəfat etmiş qardaşı X6 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, X*0 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Biləsuvar rayon, Günəşli Bələdiyyəsi tərəfindən verilmiş *9.09.2022-ci li tarixli arayışdan görünür ki, X*0 *2.09.2022ci il tarixində Günəşli kənd Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbrüstü abidənin fotoşəkilinin surətindən görünür ki, X*0 dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş 23.*2.*975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 09.**.*975-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X2r. İş materiallarına əlavə edilmiş 06.*2.*977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*977-ci ildə Bakı şəhərində anadan olmuşdur. X5, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X6 *2.09.2022-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09.**.*975-ci il təvəllüdlü X6 *2.09.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 09.**.*975-ci il təvəllüdlü X6 *2.09.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar