Məhkəmə qərarları › İş №2(010)-488/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-488/2025

25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-488/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi) "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi *5.08.*96*-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi bacısı X7 *5.08.*96*-ci il tarixdə anadan olmuşdur. Bacısı xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evdə vəfat etmişdir. Təcili yardım həkimi gəlsə də, heç bir nəticə olmadı. Təcili yardım tərəfindən ölüm halını təsdiq edən xəbərdarlıq vərəqəsi verildi. Ailəsi bu vərəqə ilə polikilinikadan ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyinə görə 6 saylı Bakı “ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsi ərimzəçiyə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət bildilər. X* Zığ kənd qəbiristanlığında dəfn etmiş, qohumları və qonşular bacısının ölümünü təsdiq edə bilərlər. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı oğludur. Ərizəçi bacısı Fatimanı tanıyırdı. Fatima yataq xəstəsi idi. Fatimə yaşadığı evdə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Fatimanın övladı yox idi. Mərhumə Zığ qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Mərhumənin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına әlavә edilmiş Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasınün ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat *4:03-də Zığ qəsəbəsi, Y.Süleymanov 84 ünvanına X5 adına çağırış olmuş və çağırışa gələn həkim qadın cinsli meyid (həkiməqədər ölüm) aşkar etmişdir. 30 nömrəli Ambulatoriyanın 08.*0.2024-cü il tarixli 86 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun 30 sentyabr 2024-cü il tarixində vəfat etmiş bacısı *5.08.*96*-ci il təvəllüdlü X2 ölüm faktı ilə əlaqədar 30 nömrəli Ambulatoriyaya ölümündən sonra yalnız müayinə sənədləri təqdim olunub. Hər hansı bir müayinə sənədi ölüm səbəbinə əsas verən sənəd olmadığı üçün Ambulatoriya tərəfindən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə (forma *06) verilməmişdir. 6 saylı Bakı «Asan Xidmət» Mərkəzində qeydiyyat şöbəsinin **.*0.2024-cü il tarixli 3- *6-5/8-*5-*228/24 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2024-cü ildə ölmüş bacısı- X2 ölümünün qeydə alınması ilə bağlı **.*0.2024-cü il tarixli müraciətinə əsasən bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il *45 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.*.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.”Həmin Qaydanın 8.5-ci bəndində isə göstərilir ki,’’Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.” Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanı xaricindədir. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən 26.08.*96*-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 *5.08.*96*-ci ildə doğulmuş, valideynləri Fazil Müzəfər oğlu və Qızıl xanım Məmməd qızıdır. Orcanikidze rayon VVAQ şöbəsi tərəfindən **.İX.*958-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*958-ci ildə doğulmuş, valideynləri Fazil Müzəfər oğlu və Qızıl xanım Məmməd qızıdır. Zığ Bələdiyyəsinin *4.*0.2024-cü il tarixli arayışından görünür ki, mərhumə X7 xx.xx.2024-cü il tarixində vəfat etmiş, Zığ qəbiristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi bacısı - *5.08.*96*-ci il təvəllüdlü X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi X*n ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin X*n ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *5.08.*96* -ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *5.08.*96*-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar