Məhkəmə qərarları › İş №2(010)-4881/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4881/2024

27.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4881/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla) “ölüm faktının müəyyən edilməsi”nə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

3. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmənin mövqeyi

4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.

5. Belə ki, qanunvericiliyə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə ərizəçinin məhkəməyə müraciət etmək hüququ yaranır. Bu səbəbdən ərizəçi ilk öncə müvafiq qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək ölüm faktının qeydə alınmasını xahiş etməli və qeydiyyat şöbəsi ölüm faktını qeydə almaqladan imtina edərsə bu zaman ərizəçi ölüm faktının müəyyən edilməsi barədə tələblə məhkəməyə müraciət etməlidir.

6. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbinə hazırki məqamda ümumi rayon (şəhər) məhkəməsində baxılması mümkün olmadığından, Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsinə əsasən, ərizəçinin həmin ərizəsini qəbul etməkdən imtina edilməlidir.

7. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

Ərizəçi (Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı müvafiq rayon Qeydiyyat şöbəsinə müraciət etmək hüququ vardır. Müraciətdən imtina olunduğu təqdirdə aidiyyəti üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edilə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar