Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4886/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *5.08.2024-cü il tarixdə vəfat etmiş həyat yoldaşı X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizə onunla əsaslandırmışdır ki: “Həyat yoldaşım X7 *5 avqust 2024-cü il tarixdə yaşadığımız ünvan 1 ünvanında yerləşən evdə vəfat etmişdir. Həyat yoldaşım X5 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən qəbiristanlıqda dəfn etmişik. Onun həmin qəbiristanlıqda dəfn olunması barədə arayışı ərizəyə əlavə edirəm. X4 ölümünü qonşular da şahid kimi təsdiq edə bilərlər. Təcili yardımın həkimi xəbərdarlıq vərəqəsi vermişdir. Biz bu vərəqə ilə poliklinikadan ölüm haqqında şəhadətnamənin verilməsi üçün arayış ala bilmirik. Mən Suraxanı rayon Qeydiyyat şöbəsinə həyat yoldaşım X4 ölümü barədə şəhadətnamə almaq məqsədilə müraciət etdim. Suraxanı rayon Qeydiyyat şöbəsi mənə *7.08.2024-cü il tarixli imtina məktubu verdi və bildirdi ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etməyi məsləhət bildi. Ona görə də mən həyat yoldaşım X4 ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışam. Mən həyat yoldaşım X7 ilə 05 oktyabr *997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdum”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *7.09.2024-cü il tarixli, 3/6-5/7-*0-22*9/24 nömrəli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən tibbi sənəd olunmadığından ölümün qeydə alınması mümkün olmamışdır.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*6 “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi 30 nömrəli Ambulatoriya tərəfindən verilmiş *7.09.2024-cü il tarixli, 78 nömrəli məktubdan görünür ki, X7 üçün ölüm haqqında şəhadətnamə (forma *06) həmin şəxsin ambulatoriyaya müraciət etməməsi ilə əlaqədar tərtib edilməmişdir.
7. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, *35* nömrəli məktubdan görünür ki, X7 *5.08.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X*3 küçəsində yerləşən Dağüstü * qəbiristanlığında dəfn edilmişdir.
8. Təcili və X6 Stansiyası 7 saylı yardımçı stansiya tərəfindən *5.08.2024-cü il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X4 çağırışı üzrə həkimə qədər qadın cinsli meyit aşkar edilmişdir.
Şahid ifadələri.
9. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*0 bildirmişdir ki, X7 onun bacısı olmuşdur. Mərhum bacısı *5.08.2024-cü ildə Bakı şəhərində yaşadığı evdə xərçəng xəstəliyindən rəhmətə gedib. Belə ki, bu ilin mart ayında mərhumun beynində bədxassəli şiş əmələ gəldiyi aşkar edilib. Müalicələr aparılsa da, heç bir nəticə verməyib. Bacısı X* qəbiristnalığında dəfn olunub. *0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*4 bildirmişdir ki, Ərizəçi ilə ailəvi dostluq edirlər. X7 ərizəçinin arvadı idi. Bu ilin mart ayında mərhumun beynində bədxassəli şiş əmələ gəldiyi aşkar edilib. Onun müxtəlif xəstəxanalara müalicə və müayinələrə aparılmasında özü də iştirak edib. Müalicələr aparılsa da, heç bir nəticə verməyib. X7 *5.08.2024-cü ildə Bakı şəhərində yaşadığı evdə xərçəng xəstəliyindən rəhmətə gedib. O, Yasamal qəbiristnalığında dəfn olunub.
İşin faktiki halları.
**. X7 Ərizəçi həyat yoldaşı olmuşdur. X7 *5.08.2024-cü ildə vəfat etmiş, lakin onun ölümü barədə məlumat rəsmi olaraq qeydə alınmamışdır.
Tətbiq edilən hüquq.
*2. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*5. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən yoldaşı X4 *5.08.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi arvadının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi arvadının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X6 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun həmin tarixdə qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir. *8. Göründüyü kimi, ərizəçinin arvadı X4 *5.08.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
*9. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 *5.08.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. *6.06.*964-cü il təvəllüdlü X4 *5.08.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva