Məhkəmə qərarları › İş №2(010)-4994/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4994/2020

04.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4994/2020 04.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X12 onun qardaşıdır. Qardaşı xərçəng xəstəliyinə düçar olmuş, bir neçə ay xəstəxanada müalicə olunmuş, sonra isə xəstəxanadan onun yaşadığı Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evə gətirilmişdir. Qardaşı subay olduğuna görə xəstəliyi ilə bağlı ona baxmışdır. xx.xx.2007-ci ildə qardaşının səhhəti qəfil pisləşdiyindən o, təcili yardım stansiyasına zəng vurararaq onun yaşadığı ünvana həkim dəvət etmişdir. Lakin təcili tibbi yardım həkimləri gələnədək qardaşı evdə ölmüşdür. Onlar qardaşını xx.xx.2007-il tarixdə Yeni Suraxanı qəbiristanlığında dəfn etmişlər. Onun bütün qohumları qardaşının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də qardaşının ölməsi faktını təsdiq edə bilərlər. xx.xx.2007-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri qardaşının öldüyünü görüb sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişdir. O, həmin xəbərdarlıq vərəqəsini haraya qoyduğunu yas mərasiminə başı qarşıq olduğu üçün bilməmişdir. Bununla bağlı Bakı şəhər Təcili və X4 Stansiyasına çağırışla bağlı müraciət etdikdə onlar 157 saylı, xx xxxx 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110 Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silindiyindən X10 adına xx.xx.2007-ci il tarixdə Bakı şəhər Təcili və X4 Stansiyasına çağırışın daxil olması məlumatı verə bilmədiklərini göstərmişlər. Bundan əlavə, Maraqlı şəxsnə gedərək qardaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Maraqlı şəxsndən X10 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 624-05/76 nömrəli məktubdan görünür ki, X9 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (Suraxanı) rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1966cı il tarixli, AZ-1158514 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.1966-cı il tarixdə Bakı şəhəri, Orconikidze (Suraxanı) rayonunda doğulmuşdur. Bakı şəhər Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 157 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016cı il tarixli, 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110 Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silindiyindən X10 adına xx.xx.2007-ci il tarixdə Bakı şəhər Təcili və X4 Stansiyasına çağırışın daxil olması barədə məlumat verə bilmədikləri qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 56 nömrəli məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X12 xx.xx.2007-ci il tarixində vəfat etmiş və Suraxanı rayon Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Qəbir daşının fotoşəklindən görünür ki, qəbir daşının üzərində “X12 xx.xx.1966 – xx.xx.2007-ci il” yazısı qeyd edilmişdir. Məhkəmə iclasında şahid kimi izahat verən X3 qeyd etdi ki, Ərizəçi onun atasının əmisi oğlunun arvadıdır. Ölən şəxs X12 isə atasının bibisi oğludur. Elçin xərçəng xəstəsi olmuş, ağciyərinə su yığılmışdır. Həkimə aparsalar da onlara ciyərindəki su çəkilsə belə faydası olmayacağını demişlər. 15 gün yataq xəstəsi olmuşdur. Öldüyü gün səhər yanında olmuşdur. Onlar təcili yardım çağırsa da qısa müddət sonra ölmüşdür. Bundan sonra bu işləri bacardığı üçün ölünü özü yumuş, kəfənə qoymuşdur. X12 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə iclasında şahid kimi izahat verən X1 qeyd etdi ki, Ərizəçi onun qardaşı arvadıdır. Eyni zamanda, onun qonşusudur. X2 isə Ruqiyyənin qardaşıdır. Mərhum ailəli olmadığından öldüyü vaxt bacısının evində olmuşdur. Elçin xərçəng xəstəsi olmuş, ciyərinə su yığılmışdır. xx.xx.2007-ci il tarixdə öldüyü vaxt o da orada olmuş, X9 ölümünə şahid olmuşdur. Məhkəmə iclasında şahid kimi izahat verən X5 qeyd etdi ki, Ərizəçi onun xalası qızı, X2 isə onun xalası oğludur. Elçin xərçəng xəstəsi olmuş, ciyərlərinə su yığılmışdır. Həkimə aparsalar da suyu çəkə bilməyəcəklərini, ömrünə az qaldığını demişlər. Bundan sonra 15 gün yaşamışdır. O, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Bu tarix dəqiq yadında qalmışdır, çünki ondan bir gün əvvəl ad günü olmuşdur. Elçin isə bir gün sonra vəfat etmişdir. Həmin gün səhər o da Ruqiyyənin evinə gəlmiş, Elçinin can verdiyini görmüşdür. Bu vaxt orada ondan başqa digər şahidlər – Mətanət və Fəxrəddin də olmuşlar. X14 qəbiristanlığında dəfn etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi qardaşı X12 xərçəng xəstəsi olmuş, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. O, Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Bütün bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, mərhumun baş daşının fotoşəkli və qəbiristanlığın yerləşdiyi torpaq sahəsinin aid olduğu bələdiyyə tərəfindən verilmiş məlumatla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən qardaşı X9 xx.xx.2007-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X9 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da qardaşının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Azərbaycan Respublikasının MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar