Məhkəmə qərarları › İş №2(010)-5/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5/2024

17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5/2024 17.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı1 Ələkbər oğlunun və qeyrisinin Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Ələkbər oğlunun və qeyrisinin Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracıət edərək, məhrum X2 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 1/3 hissədə miras əmlak barədə iddiaçılar- İddiaçı1 Ələkbər oğlu və İddiaçı2 qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Bakışəhərinin 10 saylı notariat ofisi tərəfindən qanun üzrə vərəsə X1 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-2-659 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Azərbaycan Respubılikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məlum miras əmlakla bağlı X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 17 oktyabr 2024-cü il tarixə, saat 10:40-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı1 Ələkbər oğlunun və qeyrisinin Cavabdeh1 və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 Ələkbər oğlu tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada tərəflərə verildiyi və ya təqdim edildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar