Məhkəmə qərarları › İş №2(010)-5010/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5010/2021

30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5010/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların, aktların ləğv olunması və ondan törəyən 169 saylı hərrac protokolunun, müqavilənin və sairə hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların, aktların ləğv olunması və ondan törəyən 169 saylı hərrac protokolunun, müqavilənin və sairə hüquqverici sənədlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, icra məmuru Pürzə Əliyevanın barəsində xüsusi qərardad çıxararaq Bakı şəhər Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri (icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə yanaşı hərrac protokolunun, müqavilənin və hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbini) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi tələbi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalı olduğundan, həmin tələbə hərrac protokolunun, müqavilənin və hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbi ilə birlikdə baxılması qeyri-mümkündür. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından, iddiaçı tərəfindən məhkəmə qətnamələrinin(qərarlarının) icrası qaydasında baxılmalı olan tələblə ümumi məhkəmədə baxılmalı olan tələblər birləşdirildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Maraqlı şəxsnə qarşı Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun icraatında olmuş 1594/2013 saylı icra işi üzrə çıxardığı qərarların, aktların ləğv olunması və ondan törəyən 169 saylı hərrac protokolunun, müqavilənin və sairə hüquqverici sənədlərin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar