Məhkəmə qərarları › İş №2(010)-502/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-502/2022

14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-502/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16.10.2021-ci ildə Bakı şəhərində vəfat etmiş 07.02.1959-cü il təvəllüdlü həyat yoldaşı X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.02.2022-ci il tarixdə Ərizəçi “ərizə tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, məhkəmə qətnaməsində X1nın ölüm tarixinin 16.09.2021-ci il tarix qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun həyat yoldaşı 07.02.1959-cü ildə anadan olmuş X6 16.09.2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü haqqında akt qeydinin verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsinə ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun müracitinə 15.10.2021-ci il tarixli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhz buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynatasıdır. X1 onun qaynanası idi. Mərhum həmin özünü biraz narahat hiss edirdi, amma yataq vəziyyətində deyildi və sonra qəfildən rəhmətə getdi. Mərhum 16.09.2021-ci il tarixində axşam saatlarında vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, Ərizəçi oğludur. X2 16.09.2021-ci ildə vəfat etmişdir. Həmin vaxt o, işdə olmuş və ona zəng vurub bildirmişlər ki, anası vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. COVİD vaxtında X6 vəfat etmişdir. Küçədən səs-küy gəlmiş və həmin vaxt məlum olmuşdur ki, Südabə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Şaumyan rayon VVAQ şöbəsi tərəfindən 23.08.1983-cÜ il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 23.08.1983-cü il tarixdə bağlanmışdır. Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası haqqında xəbərdarlıq vərəqindən müəyyən olunur ki, 16.09.2021-ci il tarixdə X3 adına çağırıq olmuş və «qadın cinsinə məxsus meyit həkimə qədər ölüm» aşkar olunmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 15.10.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, onun 16.09.2021-ci ildə vəfat etmiş X3 ölümü haqqında şəhadətnamənin verilməsinə dair ərizəsinə baxılmışdır. X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 15.10.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi arvadı X6 07.02.1959-cu ildə Qazax rayonunda anadan olmuşdur. X6 16.09.2021-ci il tarixdə ölmüşdür. Ərizəçi arvadı Ərizəçinın ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin arvadı barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə arvadının ölümü barədə şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 07.02.1959-cu il təvəllüdlü X3 16.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.02.1959-cu il təvəllüdlü X3 16.09.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin və bu barədə Suraxanı rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparılsın. Ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar