Məhkəmə qərarları › İş №2(010)-5037/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5037/2022

26.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5037/2022 26.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılaraq bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlakın hərracda satılaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən sahəsi 75.7 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin və istifadə olan torpaq sahəsi ilə birlikdə açıq hərracda satılaraq dəyərinin paylar üzrə yəni iddiaçıya 1/2 cavabdehə isə 1/2 hissə olmaqla ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi anasından miras qalmış və vərəsəlik qaydasında o, əmlakı qəbul etmişdir. Buna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və çıxarışla rəsmiləşdirilmişdir. Vərəsəlik işi aparılan vaxt cavabdehə məlumat verilmiş və notariat ofisinə dəvət edilmişdir, ancaq o gəlmədiyindən 1/2 hissə açıq saxlanılmışdır. O, digər hissəyə dair çıxarış əldə etmişdir. Həmin əmlakda bərabər paylara sahibdirlər. Qeyd edir ki, cavabdehlə eyni evdə yaşamaq mümkün deyildir. Zamanında fərdi yaşayış evinin sahibi olmuş Mirzəyeva Züleyxanı - yəni analarını cavabdeh incitmiş, onu öz əmlakına buraxmamışdır. Onun mübahisəli evdə yaşamasına müxtəlif maneələr yaratmışdır. Sonradan anaları koronavirusa yoluxaraq vəfat etmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: - AR Əmlak Məsələləri DƏDKR-nin ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın surətindən, görünür ki, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 75.70 kv.m olan əmlak X1 mülkiyyətində olmuşdur. - AZ-İİ 193304 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə “Digər virus mənşəli pnevmoniyalar” səbəbindən vəfat etmişdir. -xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan qızı - İddiaçıdır və o miras əmlakdan - ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ½ hissədə irs almalıdır. Miras əmlakın ½ hissəsi açıq saxlanılır. - AR Əmlak Məsələləri DƏDKR-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 75.70 kv.m olan əmlaka münasibətdə ½ hissədə mülkiyyət hüququ vardır. Digər ½ hissə mərhum X1 adındadır və həmin hissə açıq saxlanılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 75.70 kv.m olan əmlak X2 məxsus olmuşdur. O, xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə münasibətdə qızı İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmaqla ½ hissədə mülkiyyət hüququ müəyyən edilmiş və digər ½ hissə pay isə iddiaçının qardaşı – Cavabdeh qanun üzrə vərəsəlik hüququnun tanınması ilə bağlı notariat orqanına müraciət etmədiyindən açıq saxlanılmışdır. Hazırda iddiaçı məhz həmin fərdi yaşayış evində cavabdehlə birgə yaşamağın mümkün olmadığını bildirərək əmlakın açıq hərracda satılmasını tələb edir, cavabdeh isə öz növbəsində iddia tələbi ilə razı deyildir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair qərarına əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, qanunverici sözügedən mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmişdir. Bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində isə iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etmədən - əmlakın naturada bölgüsünün mümkün olub olmamasının, habelə naturada bölgü mümkün olduğu halda digər mülkiyyətçinin kompensasiya ödəməsi məsələsi müəyyən edilmədən birbaşa olaraq həmin əmlakın hərrac vasitəsi ilə satılması tələb ilə məhkəməyə müraciət etmişdir. Bu hal yuxarıda qeyd olunan normanın tələbi baxımdan qanunsuz və əsassızdır. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni iddia təmin edilmədiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Hı̇ dayət qızının cavabdeh Mı̇ rzəyev Toqrul Hı̇ dayət oğluna qarşı əmlakın hərracda satılaraq bölünməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar