Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5052/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1959-cu ildə Lerik rayonunda anadan olmuş X1 xx xxxxxxx 2020-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və həmçinin qətnamənin icrasının Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsini müdafiə etdi və sənəd təqdim edərək bildirdi ki, xx xxxxx 1959-cu ildə Lerik rayonunda anadan olmuş X3 onun doğma anasıdır. xx xxxxxxx 2020-ci ildə anası ona ürək nahiyəsində olan ağrıların onu narahat etdiyini bildirmiş və həmin gün yoldaşı ilə birlikdə anasını 23 nömrəli şəhər poliklinikasına aparmışdır. Orada anasını müayinə etməklə elektrokardioqram edərək ürəyin işemik xəstəliyi stabil gərginlik, stenokardiyası, bronxial asma, tənəffüs çatışmamazlığı, İİ dərəcəli; şəkərli diabet və s. diaqnozu qoyaraq dərmanlar yazaraq kardioloq həkimə müraciət etməyi məsləhət görmüşlər. Həmin axşam saat 18-dən sonra anasının səhhəti pisləşmiş və təcili və X5 üçün həkim çağırmışdır. Həkim gəlib anasını yoxlayarkən artıq nəbzi 10-a, hərarəti 34-ə, arterial təzyiqi 10-a düşmüşdü. Həkim orada olarkən anası vəfat etmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsində anaflaktik şok diaqnozu yazılmış və onu Hövsan qəbiristanlığında dəfn etmişlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, X3 onun bacısıdır. Şahnaz xx.xx.2020-ci tarixdə özünü yaxşı hiss etmədiyi üçün oğlu tərəfindən həkimə aparılmış və axşam saatlarında vəziyyəti pisləşərək vəfat etmişdir. Bacısının vəfat etməsi ilə əlaqədar ölüm haqqında xəbərdarlıq vərəqəsi də verilmişdir. Vəfat etdikdən sonra bacısı Suraxanı rayonu ərazisində yerləşən Hövsan qəbirsanlığında dəfn edilmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ASAN 2 tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZE seriyalı 16586708 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1959-cu il tarixdə Lerik rayonunda doğulmuşdur. Bakı şəhəri Təcili və X5 Stansiyasının 11 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 19:12-də Hövsan qəsəbəsi, R.Şahsuvarova, ev 31, mənzil 21 ünvanına X3 adına çağırış olub. Çağırış yerinə gələn 11 saylı bölmənin həkimi xəstəyə anaflaktik şok diaqnozu qoyub. Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 350 №-li arayışdan görünür ki, vətəndaş Ərizəçi ərizəsinə əsasən X2 xx.xx.2020ci il tarixdə Hövsan qəsəbəsi, Quçşuluq qəbiristanlığından yer ayrılaraq dəfn olunmuşdur. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, 480 №-li cavab məktubundan görünür ki, X1 tibb müəssisəsinə 2 il ambulator müraciəti olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-5052/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5052/2020
07.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver