Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5056/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X17 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən yerdə vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən yerdə vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10 iyul 1935-ci il təvəllüdlü X3 20 fevral 2021-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, 10 iyul 1935-ci il təvəllüdlü X5 onun atasıdır. Atası Azərbaycan Kespublikasının vətəndaşı olmuş, ünvan 1 ünvanda yaşamışdır. Atası Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olduğuna görə ara-bir öz ata-baba yerinə gedirdi. Sonuncu dəfə isə Dmanisi rayonu Şindlər kəndində olan zaman 20 fevral 2021-ci il tarixdə qəflətən halı pisləşmiş və ürək tutmasından orada vəfat etmişdir. Atası Gürcüstan Respublikasının Dmanisi rayonu Şindlər kənd qəbirstanlığında dəfn edilmişdr. Onun bütün qohumları atasının yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də atasının ölməsi faktını təsdiq edə bilərlər. Lakin atası öləndən sonra yas mərasimi ilə maraqlandıqlarından onun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədləri toplayıb müvafiq orqanlara təqdim etməmişlər. O, hal-hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə gedərək atasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən atası X11 oglunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümü barədə akt qeydini tərtib etməyin qeyri- mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. O, özü də pandemiya ilə əlaqədar dəfn mərasimində iştirak edə bilməmişdir. Bütün Gürcüstanda olan qohum-əqrabaları dəfn mərasimində iştirak ediblər və Gürcüstanda olduqları üçün bura gələ bilməmiş, dəfn mərasimində iştirakları ilə bağlı akt tərtib etmişlər, həmin akt iş materiallarına əlavə edilib. Həmçinin, atasının dəfn olunması ilə bağlı arayış da əldə etmişdir. Hazırda ev ilə bağlı sənədləşmə aparmaq istəyirlər, lakin atasının ölüm kağızı olmadığı üçün problem yaranır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, Ərizəçi onun bacısıdır. X14 20.02.2021-ci il tarixdə Gürcüstanda vəfat edib. Həmin vaxt Gürcüstanda atasının yanında yaşlı anası olmuşdur. Atası vəfat etdiyi vaxt güclü qar yağıdığı üçün anaları təcili tibbi yardım çağıra bilməyib. Hətta güclü qar yağdığı üçün atasının mərasimində belə hərəkət etmək mümkün olmamışdır. O, dəfn mərasimində iştirak etməmişdir. Həmin vaxt pandemiya dövrü olduğu üçün Gürcüstan yolları bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Ərizəçi onun bacısıdır. Onlar evdə 5 uşaq – 3 qız və 2 oğlan olmuşlar. Ataları 2021-ci ilin fevral ayında Gürcüstanda vəfat edib və orada dəfn edilib. Həmin vaxt pandemiya dövrü olduğu üçün Gürcüstana getməkləri mümkün olmamışdır. Qardaşlarından biri Rusiyada, digəri isə Gürcüstandadır. O, dəfn mərasimində iştirak etməmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Dmanisi VVAQ bürosu tərəfindən 10.07.1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1960-cı ildə doğulmuşdur. X2, X1r. Sabunçu RPİ tərəfindən 28.11.2003-cü il tarixdə verilmiş AZE seriyalı 01632863 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 10.07.1935-ci ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuşdur. Dmanisi bələdiyyəsi meriyası Dmanisi icmasının inzibati vahidi tərəfindən 07.10.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, 10 iyul 1935-ci il təvəllüdlü Paşa Fəhradov 20 fevral 2021-ci ildə vəfat etmiş və həqiqətən Dmanisi bələdiyyəsinin Şindilər kəndinin qəbirstanlığında dəfn edilmişdir. Fotoşəkillərdən görünür ki, X6 20.02.2021-ci il tarixdə ölmüşdür. Aslan Əhmədov, Vüqar Vəliyev, Cəlilov Ramazanov, Cavad Ramazanov və Fərhadova Müsənbər tərəfindən təsdiq edilmiş aktdan görünür ki, onlar X4 20.02.2021-ci il tarixdə Dmanisi rayonu, Şindlər kəndində vəfat etdiyini təsdiq edirlər. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətindən daxil olmuş 13.10.2021-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən P.Fəhradov haqqında hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10, mənzil 19 xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 30.03.2008-ci il tarixdə 672 nömrəli reyestr kitabının 63408 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 13.08.2021-ci il tarixli, 808-05/75 №-li cavab məktubundan görünür ki, X6 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 13.08.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası” - nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyiniz üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X3 20 fevral 2021-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X3 20 fevral 2021-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5056/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5056/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver