Məhkəmə qərarları › İş №2(010)-5062/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5062/2023

13.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5062/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 16 saylı Mediasiya Təşkilatı) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Bakı 16 saylı Mediasiya Təşkilatı) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün birinci tərəfin (Ərizəçi) adına açılmş hesaba hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (Dörd yüz) manat alimentin alınaraq ödənilməsi barədə xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin (MŞB/16-00045) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Maraqlı şəxs1 ilə xx.xx.2023-cü il tarixli (MŞB/16-00045) barışıq sazişi bağlamış və həmin sazişin 1-ci bəndinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanılacaqlar. Sazişin 2-ci bəndinə əsasən Maraqlı şəxs1 02.2023cü il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə (Ərizəçi) adına açılmş hesaba hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (Dörd yüz) manat aliment ödəyəcək. Sözügedən Sazişin 3-cü bəndinə əssən Ərizəçi Maraqlı şəxs1 istədiyi vaxt X2 və X4 ilə görüşünə mane olmayacaq. Maraqlı şəxs1 xx.xx.2023-cii il tarixli (MŞB/l6-00045) Barışıq sazişinin tələblərini yerinə yetirməyib. Hazırki iş üzrə Maraqlı şəxs1 ilə aralarında xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün birinci tərəfin (Ərizəçi) adına açılmş hesaba hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (Dörd yüz) manat alimentin alınaraq ödənilməsi barədə xx.xx.2023-cü il tarixli Barışıq Sazişi (MŞB/16-00045) Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmişdir. Lakin hazırki iş üzrə Maraqlı şəxs1 Saziş əsasında üzərində düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs1 izahatında göstərdi ki, onunla iddiaçı Ərizəçi arasında barışıq sazişi bağlandıqdan sonra birlikdə yaşadıqlarından iddiaçının xeyrinə heç bir ödəniş həyata keçirməmişdir. Lakin son bir aydır ki, iddiaçı ilə ayrı yaşayırlar. Lakin yenə də iddiaçının xeyrinə heç bir ödəniş etməmişdir. Məhkəmə iddaçının və maraqlı şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs1nın rəsmi nikah münasibətlərindən xx.xx.2018-ci il tarixdə X2 və xx.xx.2020-ci il tarixdə X4 adlı övladları doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/16-00045 saylı barışıq sazişi bağlanmış və X7 əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvvəllüd X2 və xx.xx.2020-ci il təvvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalacaq. Maraqlı şəxs1 02.2023-cü il tarixindən etibarən birgə nikahdan anadan olmuş övladları X2 və X4 üçün, yetkinlik yaşma çatana qədər birinci tərəfə (Ərizəçi) adına açılmış hesaba hər uşağa 200 (iki yüz) manat olmaqla ümümilikdə 400 (dörd yüz) manat aliment ödəyəcək. Maraqlı şəxs1 övladları X4 və X2 ilə istədiyi vaxt görüşə biləcək. Daha sonra, barışıq sazişi könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/16-00045 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/16-00045 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “X7 əsasən birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvvəllüdlü X2 və xx.xx.2020-ci il təvvəllüdlü X4 anaları Ərizəçi himayəsində qalacaq. Maraqlı şəxs1 02.2023-cü il tarixindən etibarən birgə nikahdan anadan olmuş övladları X2 və X4 üçün, yetkinlik yaşma çatana qədər birinci tərəfə (Ərizəçi) adına açılmış hesaba hər uşağa 200 (iki yüz) manat olmaqla ümümilikdə 400 (dörd yüz) manat aliment ödəyəcək. Maraqlı şəxs1 övladları X4 və X2 ilə istədiyi vaxt görüşə biləcək.” Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar