Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5064/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri *5.02.*946-cı ildə Bakı şəhərində doğulmuş X4 *7.*0.2023-cü ildə Bakı şəhəri, Suraxanı rayonunda vəfat etməsi ilə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, o həyat yoldaşı *5.02.*946-cı il təvəllüdlü X8 ilə 30.**.*972-ci ildə rəsmi nikahda olmuş və bir mənzildə yaşamışlar. Onun həyat yoldaşı *5.02.*946-cı il təvəllüdlü X8 *7.*0.2023cü ildə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, döngə *6, ev 6A-da halı pisləşmiş və qəflətən vəfat etmişdir. Onun halı pisləşən zaman o, Bakı şəhər Təcili və X5 Stansiyasına məlumat vermiş, lakin təcili tibbi yardım həkimləri gələnə qədər həyat yoldaşı artıq vəfat etmişdir. O, ərazi üzrə Bakı şəhəri 43 nömrəli şəhər poliklinikasına ərinin ölüm haqında tibbi şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin müraciətinə müsbət cavab verilməmişdir. Belə ki, Bakı şəhəri 43 nömrəli şəhər poliklinikası imtinasını onunla əsaslandırmışdır ki, mərhum əri X8 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün poliklinikada onun ambulator kartı mövcud deyildir. Habelə 5 saylı Bakı “ASAN XİDMƏT” X6 də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir, imtinasını onunla əsaslandırmışdır ki, o, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etməmiş, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırda sənədləşdirmə işlərinin aparılması, ona ərinin pensiyasının təyin edilməsi üçün mərhum əri X4 ölüm haqqında şəhadətnaməsi tələb olunur, o, həmin sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur, X2 isə ərizəçinin həyat yoldaşı idi. Onlar artıq *0 ildən cox müddətdir ki, yaxın qonşu olmuşlar. *7.*0.2023-cü il tarixdə X2 vəfat etmişdir. Daha sonra müəyyən olunmuşdur ki, X2 təzyiqi qalxdığından vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. X* Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə *8 ildir ki, qonşudurlar. Onlar nümunəvi ailə olmuşlar. X2 xəstə olmayıb, o, hamamda olanda təzyiqi qalxdığından yıxılaraq vəfat etmişdir. X2 *7.*0.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, onu Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Təcili və X5 Stansiyası tərəfindən verilmiş *7.*0.2023cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 adına *7.*0.2023-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR, Bakı şəhəri, Səadət Sarayı tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 30.**.*972-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 5 saylı Bakı “Asan xidmət” X6 tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, X4 ölümünün qeydə alınması ilə bağlı 23.*0.2023-cü il tarixli müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi şəxsi 43 nömrəli şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanladığı 23.*0.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, X8 tibbi xidmət göstərilən ərazi poliklinikasına müraciət etmədiyi üçün, poliklinikada onun ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. İş materiallarına əlavə olunmuş Sabunçu rayonu, Ramana Bələdiyyəsi tərəfindən verilmiş arayışdan olunur ki, X8 həqiqətən *7.*0.2023-cü il tarixdə vəfat etmiş və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən qəbstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 *7.*0.2023-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *5.02.*946-cı il təvəllüdlü X4 *7.*0.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. *5.02.*946-cı il təvəllüdlü X4 *7.*0.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5064/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5064/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver