Məhkəmə qərarları › İş №2(010)-5069/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5069/2021

28.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5069/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə cavabdehin adına alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının 1/2 hissəsinə mülkiyyət payının müəyyən edilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması alimentin tutulması və birgə nikah dövründə əldə edilmiş avtomobillərdə payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 14.07.2007-ci il tarixdə bağlanmış nikah qeydin ləğv edilməsi, 07.02.2008-ci il təvəllüdlü X3, 03.10.2010-cu il təvəllüdlü X2 və 01.02.2011-ci il təvəllüdlü Orucova Vəfa Elçin qızının himayəsində saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanı İnası üçün hər ay cavabdehin əmək haqqı və başqa gəlirlərin 50 faizi,həm də 300 manat məbləğində sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi,birgə nikah dövründə cavabdehin adına alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının 1/2 hissəsinə mülkiyyət payının müəyyən edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalmasının müəyyən olunması alimentin tutulması ” tələbinə dair mülki iş üzrə iddia “alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dair cavabdehlə X1 aralarında 12.07.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdehə ödənilmiş vəsaitin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbi hissəsində ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə tələb olunan birgə nikah dövründə cavabdehin adına alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının 1/2 hissəsinə ona düşən payı əldə etmişdir. Odur ki, Cavabdeh qarşı birgə nikah dövründə cavabdehin adına alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının 1/2 hissəsinə mülkiyyət payının müəyyən edilməsi” tələbinə dair mülki işə üzrə iddia tələblərindən imtina etməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə İddiaçı icraata xitam verilməsi barədə ərizənin təmin olunmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin tələblərinə görə, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4–cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Beləliklə də, məhkəmə proses iştiakçısını dinləyib, icraata xitam verilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, qanuna zidd deyil, hər hansı şəxsin maraqlarına toxunmur. Ona görə də iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə cavabdehin adına alınmış HYUNDAİ SANTAFE MİNİK markalı ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının 1/2 hissəsinə mülkiyyət payının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar