Məhkəmə qərarları › İş №2(010)-5073/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5073/2020

05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5073/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Ərizəçi Kamul oğlunun cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Kamul oğlunun cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 113 a ünvanda vəfat etmiş atasının X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasınıxahişetmişdir. Ərizəçi Kamul oğlunun cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən esilməsi tələbini göstərsə də iddia ərizəsinə doğum haqqında şəhadətnaməni əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.5 maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 149.2.3 maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 152.1.1 maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149 və 152.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Kamul oğlunun cavabdeh Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar