Məhkəmə qərarları › İş №2(010)-5105/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5105/2022

27.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5105/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) ərizə ilə məhkəməyə müraciət edərək, X7 02 avqust 202*-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun atası X9 2*.03.*976-cı ildə Göyçay rayonunda anadan olmuşdur. O, 02.08.202*-ci il tarixdə vəfat etmişdir. Hazırda o, müvafiq orqanlara müraciət etsə də, atası X7 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmir. Sənədləşmə işləri üçün həmin ölüm haqqında şəhadətnamə ona lazımdır. Onlar xəstəxanaya da müraciət etsələr də, ölüm faktını təsdiq edən tibbi arayışın verilməsindən rəsmi qaydada imtina edilmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiyindən Suraxanı rayon Qeydiyyat Şöbəsi onlara mərhum atası X7 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. X7 02.08.202*-ci il tarixdə vəfat etməsini *4 saylı bölmənin təcili yardım stansiyasının mərhumun dəfn olunması üçün verdiyi arayış təsdiq edir. X6 barəsində ölüm haqqında şəhadətnamənin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. O və qardaşının təhsili üçün ölüm haqqında şəhadətnamə lazımdır. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, 27.*2.2022-ci il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisidir. X2 serroz xəstəsi idi. O, 202*-ci ilin avqustun 2-də onun gözü qarşısında axşam vaxtı Kürdəxanıda anasıgilin evində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X** ifadəsində göstərdi ki, o, X6nun qardaşının dostudur. Hüzurda iştirak etmişdir. Hüzur * il əvvəl Kürdəxanıda olmuşdu, həmin vaxt yay ayları idi. Mərhum qaraciyər xəstəsi idi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən *8.**.2003-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi *4 avqust 2003-cü ildə doğulmuş və valildeynləri X9 və X4r. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli Ərizəçi etibarnamə üzrə nümayəndəsi X5 ünvanlanmış məktubdan görünür ki, Ərizəçi 02.08.202*-ci il tarixdə vəfat etmiş atası X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Kürdəxanı Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 05.*0.2022-ci il tarixli, 233 saylı ünvan 2 ünvanladığı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, D.Vasif küçəsi, ev *0* ünvanında qeydiyyatı olan *976-cı il təvəllüdlü X9 20*4-cü ildən Kürdəxanı qəsəbəsi N.Aşurbəyova küçəsi ünvanında qeydiyyatsız yaşayıb və 0*.08.20*4-cü il tarixdən Kürdəxanı Sağlamlıq Mərkəzində tibbi qeydiyyata götürülüb. TTTYS-nın 04.08.202*-ci il tarixində verdiyi məlumata görə 02.08.202*-ci il tarixində saat 02:*0 “Həkimə qədər ölüm” olmuşdur. Hal-hazırda müraciət gecikdiyi üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası - 2*.03.*976-cı il təvəllüdlü X9 02 avqust 202*-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Ərizəçi atasının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi atası barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə təhsil üçün sənədləşmə prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X7 02 avqust 202*-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X7 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 02 avqust 202*-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X7 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar