Məhkəmə qərarları › İş №2(010)-5176/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5176/2025

29.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5176/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya prosesinin (mediator X11) nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\18\2024- 00581 saylı barışıq sazişinin Maraqlı şəxs tərəfindən birgə nikahlarından anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün iyul 2024-cü il tarixindən başlayaraq, hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində alimentin cavabdeh tərəfindən onun bank kartına ödənilməsi hissəsində təsdiq edilməsi, həmin aliment məbləğinin xx.xx.2025-ci il tarixdən etibarən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə 30 avqust 2023-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdı. Nikahları barədə bizə 3 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-2460/2025 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə onun arasında 3 saylı Bakı “ASAN Xidmət” X8 bağlanmış və 30 avqust 2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2604 nömrə ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. Bildirir ki, birgə nikahlarından olan uşaqlar onun himayəsindədir. Maraqlı şəxs arasında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. 31 may 2024-cü il tarixində mediasiya təşkilatında cavabdeh Maraqlı şəxs ilə onun arasında barışıq sazişi imzalanmışdır. Qeyd olunan barışıq sazişi ilə onların arasında birgə nikahlarından anadan olmuş övladları: xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü xx.xx.2020-Cİ İl təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun himayəsində saxlanılmaları, uşaqların saxlanılması üçün iyul 2024-cü il tarixindən başlayaraq, hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində alimentin cavabdeh tərəfindən onun bank kartına ödənilməsi barədə razılıq əldə edilmişdir. Razılıq əldə edilməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin tələblərinə əməl etmir. Artıq 6 aydır ki, onun tərəfindən aliment ödənişləri olunmur. Uşaqların bütün qayğılarını, ehtiyaclarını özü çəkir. Bu vəziyyət birgə nikahlarından anadan olmuş uşaqlarının mənafeyinə ziddir və onların hüquqlarını kobud şəkildə pozur. Tərəflərin izahatları. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-2460/2025 saylı xx.xx.2025-ci il tarixli qətanməsindən görünür ki, Maraqlı şəxs ilə Fətiyeva (Qarayeva) Lətafət Teymur qızı arasında 3 saylı Bakı “ASAN Xidmət” X8 bağlanmış və 30 avqust 2023-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2604 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının X3 vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2024-ci il tarixli MŞB/18/2024-00581 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər onlar arasında xx.xx.2023 -cü il tarixdə 2604 №-li reyestr nömrəsi ilə 3 saylı ASAN xidmət X8 qeydə alınmış nikahın məhkəmə qaydasında, əlavə vaxt verilmədən pozulmasına razıdırlar; İ Tərəf - Maraqlı şəxs onların faktiki nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X5 İİ Tərəfin, yəni Ərizəçi yanında saxlanmasına razılıq verir. İ Tərəf uşaqların saxlanılması üçün iyul 2024- cü il tarixindən başlayaraq, hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat məbləğində alimenti İİ Tərəfin bank kartına ödəməyi öz öhdəsinə götürür. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (100 manat) İ Tərəf ödəyir.” 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı 475884 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 4142 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İİİ seriyalı 551604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 522 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından aydın olur ki, sazişin müəyyən hissəsi maraqlı şəxs tərəfindən icra edilsə də, aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirmir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin müvafiq hissəsində təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə xərcləri. Ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi müvafiq hissədə aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: “İ-ci Tərəf (Maraqlı şəxs) uşaqların saxlanılması üçün iyul 2024-cü il tarixindən başlayaraq, hər uşaq (xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7) üçün 200 manat, ümumilikdə 400 manat məbləğində alimenti İİ-ci Tərəfin (Ərizəçi) bank kartına ödəməyi öz öhdəsinə götürür.” Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar