Məhkəmə qərarları › İş №2(010)-5188/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5188/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5188/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, bacısı xx.xx.1998-ci ildə doğulmuş X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun bacısı xx.xx.1998-ci il təvəllüdlü X2 yaşlarında - altı aylığında xx.xx.1998-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki mənzilində vəfat etmişdir. Bacısı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt valideynləri bacısının vəfatı haqqında ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda X1 ölüm haqqında şəhadətnaməsini ala bilmir, belə ki, Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə ona yalnız ölümün qeydə alınmaması barədə arayış təqdim olundu, ölüm haqqında şəhadətnamə verilmədi. Tibb müəssisəsinə ölüm haqqında tibbi şəhadətnamə üçün müraciət etdikdə isə yenə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda X1 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, atası X4 miras qalmış “KİA SPORTAGE” minik markalı, 90 DN121 dövlət qeydiyyat nömrəli avtomobilə vərəsəlik hüququnu sənədləşdirə bilmir, bunun üçün digər vərəsə X3 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Lakin hal-hazırda o, həmin ölüm haqqında şəhadətnaməni əldə etmək hüququ pozulur. Ölüm faktı müəyyən edilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilmir. X1 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, lakin ərizə ilə müraciət edərək mülki işdə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə qonşudur. O, 16 nömrəli polklinikada tibb bacısı vəzifəsində işləmişdir. Həmin vaxt X6 tibb bacısı kimi baxmışdır. X8 1998-ci ildə anadan olmuş, 25 iyul 1998-ci ildə isə vəfat etmişdir. X8 zəif uşaq olmuş və inkişafdan qalmışdır. Digər Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi ilə 1986-cı ildən qonşudur. X8 1998-ci ildə anadan olmuş, lakin 6 aydsn sonra vəfat etmişdir. Elman Həsənov atası, Şahid3 isə anası olmuşlar. Onlar ailədə iki bacı və bir qardaş olmuşlar, iki bacı vəfat etmişdir. X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. Digər Şahid3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun oğlu, X8 isə qızı olmuşdur. X8 27 yanvar 1998-ci ildə anadan olmuş, inkişafdan qalmışdır. Yoldaşı da xəstə olduğundan görə qızına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Qızı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. İki qızı və bir oğlu var. Yoldaşı və iki qızı vəfat etmişlər. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi X5” publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 16 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 428 nömrəli arayışdan görünür ki, Həsənov X10 27 yanvar 1998-ci il təvəllüdlü X1 poliklinikada qeydiyyatda olması barədə sənədlər, qanunvericiliyə uyğun olaraq arxiv idarəsinə göndərildiyinə görə heç bir məlumat tapılmadı. İş materiallarına əlavə edilmiş XXİ-JQ seriyalı 301721 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası X9 və anası X7r. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1860-05/70 nömrəli 05 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X8 barəsində Suraxanı rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında ilkin akt qeydləri 1998-2000-ci il üzrə yoxlanılmışdır. Ölüm haqqında bərpa akt qeydləri 1999-2017-ci il üzrə yoxlanılmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 274309 nömrəli 30 may 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə doğulmuş və valideynləri qrafasında atası X9 və anası Şahid3dır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 422016 nömrəli 08 may 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 30 aprel 2024cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayonu Hövsan Bələdiyyəsi tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli 289 nömrəli arayışdan görünür ki, Ərizəçi bacısı mərhumə X8 25 iyul 1998-ci ildə vəfat etmişdir. 25 iyul 1998-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktı təqdim olunmuş sənədlərlə təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1998-ci il təvəllüdlü X3 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar