Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5232/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı “avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsi, iddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərarların ləğv edilməsi və dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək HYUNDAİ ACCENT markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızının qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi, ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi və barəsində inzibati cərimə növündə inzibati cəzaların tətbiq edilməsinə dair qərarların qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri (avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və iddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərarların ləğv edilməsi tələbini) bir icraatda birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə- hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ təsbit edilmiş və həmin şikayət inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında verilməlidir. Hazırda isə iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri birləşdirdiyindən iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmadığından, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı “avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsi, iddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərarların ləğv edilməsi və dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Namik qızına qarşı “avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb iddiaçıya verilməsi, iddiaçı barəsində çıxarılmış inzibati xəta haqqında qərarların ləğv edilməsi və dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5232/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5232/2024
22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver