Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5236/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə onun aralarında 12 iyun 2019-cu ildə 2 saylı Bakı “Asan Xidmət” X6 1641 saylı akt ilə rəsimləşdirilmiş nikahdan xx.xx.2021-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Mediasiya prosesi nəticəsində tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinə əsasən, tərəflər, aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, uşağın ananın yanında qalması qarşılıqlı həlli barədə razılığa gəlmişlər. Tərəflər arasında Medisaiya prosesi nəticəsində imzalanmış Barışıq sazişi əsasında, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3016/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən,hakim X11) iddiaçı X5 cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulmasına dair” iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” X6 1641 nömrəli qeydlə rəsimləşdirilmiş nikahın pozulması qət edilmişdir. Lakin, maraqlı şəxs Mikayılov X4 şərtlərini yerinə yetirməmişdir. Belə ki, mediasiya prosesi nəticəsində tərəflər arasında imzalanmış xx.xx.2022-ci tarixli Barışıq sazişinin 2.1.3-cü bəndində əsasən tərəflər övladları xx.xx.2021-ci il təvəllüdlü X1 üçün ana Ərizəçi xeyrinə hər ay 200 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Onu da qeyd edir ki, Barışıq sazişinin yuxarıda qeyd olunan şərtlərinin könüllü qaydada yerinə yetirilməsini marqlı şəxs Maraqlı şəxs dəfələrlə tələb edilməsinə baxmyaraq o, bu şərtləri yerinə yetirməmişdir. Bu səbəbdən də, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-3016/2023 saylı xx.xx.2023-cü il tarixli qətanməsindən görünür ki, X8 ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı Asan Xidmət X6 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1641 nömrə ilə qeyd edilmiş nikah pozulması qət edilmişdir. 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı 583140 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 (atası Maraqlı şəxs, anası Ərizəçi) xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2256 nömrə ilə qeyd edilmişdir. Bakı 5 saylı Mediasiya Təşkilatının X2 vasitəsilə Ərizəçi və Maraqlı şəxs arasında aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli MŞB/5/2023-03635 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Tərəflər Ərizəçi və Maraqlı şəxs qarşılıqlı olaraq heç kimin təsiri olmadan aralarındakı nikahın pozulmasına dair razılığa gəlirlər. Bununla da 12 iyun 2019-cu ildə 2 saylı Bakı “ASAN” Xidmət X6 bağlanan AZ İİ № 344514 saylı nikaha xitam verilməsini razılaşırlar; Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan olan övladları, xx.xx.2021-ci il təvəllüdlü X7 ana Ərizəçi himayəsində qalmasına ata Maraqlı şəxs etiraz etmir; Tərəflər razılığa gəlir ki, ata Maraqlı şəxs ilə ana X5 birgə nikahdan olan övladları X10 ilə atanın ünsiyyətinə və görüşməsinə ana Ərizəçi tərəfindən heç bir məhdudiyyət qoyulmayacaq. Uşaq azyaşlı olduğundan görüşdə ananın iştirakının təmin edilməsinə tərəflər razılıqlarını bildirirlər; Tərəflər razılığa gəlirlər ki, 2022-ci ilin noyabr ayından etibarən birgə nikahdan olan övladları xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər maddi təlabatlarının ödənilməsi və saxlanılması üçün ata Maraqlı şəxs hər ay 200 manat aliment məbləğinin ödənilməsini öhdəsinə götürür. Aliment məbləği Ərizəçi adına olan bank depozit kartına (**********773124 nömrəli Paşa Bank dopozit kartı) və ya hesabına ödəniləcək. Tətbiq edilən hüquq. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. İşin hallarından və proses iştirakçılarının izahatından aydın olur ki, sazişin müəyyən hissəsi maraqlı şəxs tərəfindən icra edilsə də, aliment hissəsində maraqlı şəxs barışıq sazişin şərtlərini yerinə yetirmir. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə birgə nikahdan anadan olan övladlarının aylıq xərclərinin qarşılanması ilə bağlı barışıq sazişi imzalamışlar. Saziş könüllü qaydada icra edilmədikdən, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edib, məhkəmə isə, yuxarıda sadalanan halları nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər maddi təlabatlarının ödənilməsi və saxlanılması üçün 2022-ci ilin noyabr ayından hesablanmaqla hər ay 200 manat məbləğində aliment tutularaq Ərizəçi xeyrinə ödənilsin. Aliment məbləği Ərizəçi adına olan bank depozit kartına (**********773124 nömrəli Paşa Bank dopozit kartı) ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-5236/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5236/2023
20.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver