Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5315/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X9 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üzrə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. Ərizə onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Maraqlı şəxslə birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Sənan, xx.xx.2020-ci il təvəllüdlü Rüqəyyə adlı uşaqları doğulmuşdur. Maraqlı şəxslə ailə münasibətləri xasiyyətlərinin düz gəlməməsi səbəbindən pozulmuşdur, faktiki nikah münasibətlərinə xitam verilmişdir, onlar bir ünvanda yaşamırlar və aralarındakı ailə və nikah münasibətləri kəsilmişdir. Odur ki, nikahın pozulması, uşaqların ananın yanında qalması və alimentin tutulması tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediatora müraciət etmişdir. Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” AR Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi imzalanmışdır. Lakin sazişin bağlanmasından 45 gündən də çox müddət keçməsinə baxmayaraq Maraqlı şəxs alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də o, sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs 2023-cü ilin oktyabr ayından başlayaraq hər ayın 15-dən 30-dək hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat alimenti ödəməli idi, lakin ödəməmişdir.
Ərizəçinin tələbi.
2. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/10-00548 saylı mediasiya barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun, 160 manat ilkin mediasiya sessiyası xərcinin Maraqlı şəxs tutulub Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizəçi sonradan ərizəsini dəqiqləşdirərək, xx.xx.2023-cü il tarixli, MŞB/10-00548 saylı mediasiya barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında Maraqlı şəxs izhatında qeyd etdi ki, barışıq sazişində göstərilmiş məbləğdə deyil, yəni iki uşaq üçün 440 manat məbləğində deyil, cəmi 300 manat məbləğində aliment ödəyə bilər. Buna görə də ərizənin qismən təmin edilməsini xahiş etdi.
İş materialları.
6. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: 1.1. Tərəflər Ərizəçi və Əliyev X5 şəhərində xx.xx.2012-ci il tarixdə 74 №li qeydiyat VVAQ şöbəsində bağlanmış nikahın pozulmasına razıdılar. 1.2. Maraqlı şəxs bəyan edir ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsinə verilməsinə etiraz etmir. 1.3. Maraqlı şəxs bəyan edir ki, hər uşağa görə 220,0 manat olmaqla ümumilikdə 440,0 manat məbləğini aliment ödəməyə razıdır və həmin məbləği oktyabr ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür.
7. AZ-İİİ seriyalı 182057 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, X6 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası X2r.
8. AZ-İV seriyalı 537115 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, X3 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.
Maddə 305.1.17. Məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.3 və 34.4. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi.
11. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi imzalanmışdır. Həmin sazişin şərtlərinə əsasən Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün Ərizəçi aliment verilməsini öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs saziş üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni alimenti sazişdə müəyyən edilmiş qaydada və məbləğdə ödəmir, yəni ödənişlər gecikmələrlə, habelə əksik məbləğlərdə ödənilir. Bu hal işdə iştirak edən şəxslərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, sazişin alimentə aid hissəsi lazımi qaydada icra olunmur. Buna görə də barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasına zərurət yaranmışdır. Odur ki, sazişin alimentə aid hissəsi təsdiq olunmalıdır.
13. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
14. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir.
15. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
16. Barışıq sazişin alimentə aid hissəsinin məhkəmə tərəfindən təsdiq edilməsi imkan verəcək ki, alimentin vaxtında və tam məbləğdə ödənilməsi icra məmuru tərəfindən təmin edilsin. O cümlədən, bu, aliment üzrə borclararın icra məmuru tərəfindən müəyyən edilməsinə imkan verəcək.
17. Belə ki, Ailə Məcəlləsinin 106.3-cü maddəsindən görünür ki, aliment üzrə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.
18. Bundan başqa, belə halda uşağın mənafeləri daha yaxşı təmin ediləcək. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”.
19. Beləliklə, məhkəmə “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinin, Mülki- Prosessual Məcəllənin 355-23 və 355-25-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, barışıq sazişinin alimentin tutulmasına aid hissəsi təsdiq edilməlidir.
20. Ərizədə barışıq sazişinin təsdiq edilməsi xahiş olunsa da, həmin sazişdə alimentə aid olmayan şərtlər də müəyyən olunub. Sazişin yalnız alimentə aid hissəsi təsdiq edildiyinə görə, ərizə qismən təmin olunmuş sayılır.
31. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir.
22. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə xərcləri.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, ərizə qismən təmin edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qətetdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış və mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Maraqlı şəxs bəyan edir ki, hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində aliment ödəməyə razıdır və həmin məbləği oktyabr ayından başlayaraq hər ayın 15-dən 30-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.