Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5315/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi X2 yaşadığı ünvanda xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onlar tərəfindən təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər atası vəfat etmişdir. Atasının anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından atasının ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. X2 Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfin edilmişdir. Buna görə dəfin pulu ilə bağlı əlaqədar olaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Atası Suraxanı sağlamlıq mərkəzinin poliklinikası hər hansı bir xəstəliyə görə müraciət etmədiyində ona tippi arayış verilmədiyinə görə Suraxanı rayon qeydiyyat şöbəsi imtina məktubu vermişdir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edərək, işinin çoxluğunu nəzərə alaraq, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, o, Ərizəçi anasıdır. Əri X15 içki içən idi, arada onu müalicəyə aparırdılar, lakin müalicə olunmaq istəmirdi. Əri qəflətən yaşadığı Yeni Suraxanı qəsəbəsi, Sovet küçəsi, ev 18-də vəfat etmişdir. Həmin vaxt ərinin yanında anası olub. Qızı ona zəng edib demişdir ki, atası rəhmətə gedib. Təcili yardım çağırmışlar və həkim demişdir ki, artıq vəfat edib. X20 qəsəbəsindəki qəbirstanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. X3 tarixi dəqiq bilmir, lakin yay aylarında vəfat edib. Nicat ona zəng vurub demişdir ki, atasının vəziyyəti pisdir gəlsin evə. Onlar bir ünvanda – Yeni ünvan 1i, əmisi artıq vəfat etmişdir. X18 qəsəbəsindəki qəbirstanlığda dəfn olunmuşdur. İş materialları Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, X1 ölüm səbəbini araşdırmaq məqsədilə Respublika Təxirəsalınmaz Təcili X12 sorğu göndərilib. Sorğuya cavab olaraq həmin Mərkəzdən məlum ediblər ki, xx.xx.2025- ci il tarixində atanızın çağırışına gələn həkim ona “Yuxarı mədə bağırsaq qanaxması, Qaraciyər ensefalopatiyası.Hipovolemik şok, Başın səthi travması”, həmin gün ikinci çağırışa gələn həkim tərəfindən isə “Həkimə qədər ölüm ’’diaqnozu qoyulmuşdur. Mərhum bu xəstəlikləri ilə Suraxanı Sağlamlıq Mərkəzində müayinə və müalicələrdə olmamışdır. Bu səbəbdən mərhuma “Ölüm haqqında tibbi şəhadətnamə ” (Forma-106) tərəfindən tərtib edilməsi mümükün deyil. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, həmin tarixdə saat 14:20-də X7 adına Yeni ünvan 2 ünvanına çağırış olmuş və çağırışa gələn həkim «həkimə qədər ölüm (kişi cinsli meyit)» aşkar etmişlər. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı QaydasTnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınması mümkün olmamışdır. X5 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi oğlunın atası mərhum X9 xx.xx.2025-ci ildə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Suraxanı rayonu Yeni Suraxanı qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə doğulmuş, valideynləri X9 və X8r. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1966-cı il təvəllüdlü X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi X1 ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin atası Ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1966-cı il tarixdə doğulmuş X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X7 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X7 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5315/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5315/2025
25.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver